Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlandı

Müdafiə Nazirliyi Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin məbləğini açıqlayıb.

Banker.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, fondun manat hesabına toplanmış vəsaitin məbləği noyabr ayının 1-nə 86.097.065.62 manat təşkil edib.

Bundan başqa Fonda 212.873.88 ABŞ dolları, 8936 avro və 5000 rubl məbləğində vəsait daxil olub.

Xatırladaq ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 17 avqust 2002-ci il tarixli sərəncamı ilə yaradılıb.

Sərəncama əsasən, Silahlı Qüvvələrə Yardım Fondu respublika ərazisində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərdən könüllü olaraq daxil olan vəsait və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalar hesabına formalaşır.

Onu da bildirək ki, Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri ilə Müdafiə Nazirliyinin saytında tanış ola bilərsiniz.