4 C
Baku
Friday, March 29, 2024

Silikon Vadisi Ekosisteminin Qızıla Göstərdiyi Qayğının Adı: Bitcoin

Daha əvvəl bu konsept müzakirə edilsə də, Bitcoin-nin hekayəsi, sizin bu məqaləni oxuduğunuz tarixdən təqribən səkkiz il əvvəl, 2008-ci ilin Avqust ayında başladı. Satoşi Nakamoto adlı bir şəxs doqquz səhifəlik kriptovalyuta təqdimatını üzv olduğu elektronik qruba göndərdi. Söhbətin əsas məğzi ondan ibarət idi ki, internetə qoşulan komputerlər, mürəkkəb riyazi hesablamaların həllini taparaq, kriptovalyuta udmağa nail olacaqlar.

Hər mərhələdə riyazi hesablamalar daha da mürəkkəbləşəcək və yeni Bitcoin-lər 10 dədiqədən tez əldə ediləbilməyəcəkdi. Mövzumuzun texniki təfərrüatı ilə maraqlananlara tövsiyyəmiz odur ki, əvvəlcə yazmış olduğumuz yazını oxusunlar. Nakamoto, Bitcoin “mədənçıxarması” ilə ilkin məşgul olan biri kimi, çox sayıda Bitcoin-in sahibidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, Satoşi, öz bitcoinlərini heç vaxt xərcləməmişdir. Bu durum, onun pərəstişkarları tərəfindən Satoşinin maddi maraq həvəsində olan birisi kimi yox, dünya maliyyə sistemini dəyişdirmək istəyən bir idealist kimi rəğbət qazanmasına gətirib çıxarmışdır.

Bitcoin-in ilk əldə edildiyi vaxtlarda, işi bilən professionallar öz laptopları ilə internetə bağlanıb, Bitcoin əldə edəbilirdilər. İndi Bitcoin mədənçıxarması, böyük bir biznes halına gəlmişdir. Təzə, Bitcoin-lərin çıxarılmasında ən qabaqcıl şirkətlərdən biri Bitfury-dir. Ukraynalı, Val Nebesny tərəfindən qurulan şirkət, enerji xərcləri ucuz olduğu üçün data mərkəzini Gürcüstan və İzlandiya kimi ölkələrdə qurub. Şirkət qurulduğu 2011-ci ildən bugünə 60 milyon dollarlıq kapital yığıb. Bitfury, 30 milyon dollar investisiya qoyaraq, Tbilisi Azad Sənaye Zonasında data mərkəzini işə salmışdır. Yeni bitcoin istehsalı ərəfəsində komputerlər o qədər isinir ki, bu ərəfədə həm istehsal, həm də komputerlərdəki temperaturun aşağı salınması, ciddi miqdarda enerji xərcləri tələb edir. Odur ki, şirkətlər, bitcoin istehsal edərkən, bunun əlverişli mühitdə olmasına xüsusi diqqət göstərirlər. Bu sahədə faəliyyət göstərən digər şirkət, 21e6-dır. Çində Bitcoin-in valyuta dəyişmə saytlarında başqa pullara çevrilməsinə ciddi məhdudiyyətlər qoyulduğu üçün, Çinlilər, təzə bitcoin əldə edilməsində çox maraqlıdırlar.

Biraz da start-up-lardan danışaq: Bitpay, pərakəndə satışla məşgul olan şirkətlərə, müştəri  tərəfindən ödənişin Bitcoin olaraq edilməsini təşkil edir. Ödənişi, Bitcoin olaraq qəbul edən şirkət, valyuta dəyişmə saytı olan Bitfinex-dən dollar alabilər. Coinapult bitcoin-lərin sms yaxud da e-maillə göndərilməsini təşkil edir. https://blockchain.info/ -dan canlı əməliyyatları özünüz təqib edəbilərsiniz. Bitcoin-lə ödəniş etmək üçün, 64 hərf/rəqəmdən meydana gələn ancaq sahibinin bildiyi bir şifrə var. Bu şifrə itirilsə, Bitcoin-ləri sonsuza qədər itirmiş olursunuz. Odur ki, Blockchain.info, müştərilərinə öz kodlarını şifrələnmiş halda, saxlamaq imkanı verir. Bitcoin almaq və satmaq istəyirsinizsə, Sloveniyalı iki gəncin qurduğu Bitstamp şirkətinə müraciət edəbilərsiniz. Silikon Vadisində investorlardan 40 milyon dollar vəsait cəlb edəbilən Xapo, başqa bir gəncin xəyalıdır. Əlbəttə kriptovalyutanın geniş istifadə edildiyi bir yerdə, nəzarətin olması vacibdir. Bu baxımdan Nyu Yorkda, BitLicense bu sahədə faəliyyət göstərmək istəyənlərə lisenziya verir. Bitcoin-lə bağlı, Rəqəmsal Qızıl kitabının müəllifi, Nathaniel Popper, Amerikanın ən güclü prokroru kimi təqdim etidiyi Preet Bharara-nın Bitcoin-nin meydana gətirdiyi anonim qalma fürsətindən istifadə edib qeyri-qanuni işlər görmək istəyənlərlə ciddi mübarizə apardığından yazır.

Axırıncı dəfə yoxladığımda, bir Bitcoin, təqribən 576 dollar idi. Qızılın bir onsu isə 1352 dollar. Siz bu məqaləni oxuduğunuzda,  https://coinmarketcap.com/  linkindən rəqəmsal qızıl olan Bitcoin-nin qiymətinin hansı səviyyədə olduğunu özünüz də yoxlayabilərsiniz. Görəcəksiniz ki, qızılın qiyməti dəyişib, həmçinin Bitcoin-nin də. Bir halda ki, Bitcoin-in fiziki ağırlığı yoxdur, onda alıcılıq qabiliyyətinin mühafizə edilməsi üçün qızıl qədər önəmli olması lazımdır.3.7_FE0108_Bitcoin_04 Qiymətin sabit qalmayıb dəyişməsi isə Bitcoin-nin əlverişsiz olduğuna dəlalat edən güclü bir arqument deyil, çünkü qızılın qiyməti də mütəmadi olaraq dəyişir. Noyabr 2013 tarixində, bir Bitcoin, 1125 dollar idi. Eyni tarixdə qızılın qiyməti 1250 dollar olub. Satoşi Nakamoto-nun kim/kimlər olduğu isə hələ ki bilinmir. Məhşur Newsweek jurnalı, Amerikada yaşayan bir adamı, Şatoşi kimi təqdim etsə də, haqqında xəbər yazılan Nakamoto, jurnalı məhkəməyə vermək qərarına gəlmişdi. Yapon Satoşinin, Ukraynalı Val-ın kim olduğu çox da önəmli deyil. Litecoin, Dogecoin, Ethereum kimi onlarla kriptovalyuta var. Coinmarketcap veb saytındaki siyahıdan özünüz də görəbilərsiniz. May ayında mətbuatın yazdığına görə, Rusiya, dövlət nəzarətində bir kriptovalyuta çıxarmağa hazırlaşır. Beynəlxalq maliyyə sistemi, tədrici bir təkamül dövrü keçirir, xəbəriniz olsun!

Müəllif: Dr. Sərvər Qurbanov, İqtisadçı Ekspert ,Qafqaz Universiteti,Dünya İqtisadiyyatı, Kafedrasının müdirisarvar-gurbanov-5

 

Son xəbərlər
Digər xəbərlər