15 C
Baku
Saturday, April 20, 2024

Silikon vadisinin məşhur simalarından biri vəfat etdi

ABŞ-da Silikon vadisinin bir sıra liderlərinin, o cümlədən “Apple”ın yaradıcılarından olan mərhum Stiv Cobs və “Google”un yaradıcılarından biri Larri Peycin müəllimi olmuş Bill Kempbell 75 yaşında vəfat edib.

“The Wal Street Journall” nəşrində olan məlumata görə, B. Kemmpbell 1970-ci illərdə Kolumbiya Universitetinin futbol komandasının məşqçisi olub. 1990-cı illərdə isə maliyyə sahəsində proqram təminatının istehsalçısı olan “İntuit İnc” şirkətinin rəhbəri və Direktorlar Şurasının sədri qismində çalışıb. Texnoloji şirkətlərin liderlərinə təlim keçməsi ona daha böyük populyarlıq qazandırıb və onu müəllim deyə çağırmağa başlayıblar.

B. Kempbell 80-ci illərdə “Apple”da marketinq üzrə vitse-prezident vəzifəsində çalışıb, 1997-ci ildə S. Cobsun şirkətə qayıtmasından sonra isə İdarə Heyətinə daxil olub və 2014-cü ilə qədər qurumun direktoru kimi fəaliyyət göstərib.
“Bill Kempbell “Apple”da bizim bir çoxumuzun müəllimi, eləcə də onillər ərzində ailəmizin üzvü olub. Onun həm yaxşı, həm də çətin günlərdə bizim şirkətimizə töhfələri əvəzsizdir”, – deyə “Apple”ın açıqlamasında bildirilir.

“İntuit” və “Google” şirkətləri də Bill Kempbellin vəfatı ilə bağlı açıqlama yayıblar.

Lent.az

Son xəbərlər
Digər xəbərlər