16 C
Baku
Saturday, April 20, 2024

“Silkway Insurance” baş ofisinin yerini dəyişib

“Silkway Insurance” ASC-nin baş ofisi yeni ünvanda fəaliyyət göstərir.

Şirkətin baş ofisi indiyə qədər fəaliyyət göstərdiyi Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi, 55 ünvandakı “Yeni Həyat Plaza” iş mərkəzindən Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 4/186 ünvanına köçürülüb.

Xatırladaq ki, “Silkway Insurance” 2011-ci ildə “AZAL Sığorta” ASC-nin bazasında yaradılıb, “Silkway Holding” MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,77 mln. manatdır. Şirkətin səhmlərinin 38,74%-i Cəmilə Cahangir qızı Əsgərovaya, 38,74%-i Məlahət Cahangir qızı Əsgərovaya, 19,05%-i “Silkway Airlines” şirkətinə, 3,47%-i isə “Azərbaycan Hava Yolları” QSC-yə məxsusdur.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər