23 C
Baku
Tuesday, April 23, 2024

Şirkətdaxili nəticələri necə ölçmək olar?

Müəllif: Zaur Məmmədov, Veritas Management Systems

Ölçə bilmədiyimizi idarə edə bilmərik. Biznes aləmində aktual olan bele bir deyim var. Əgər bir şeyi ölçə bilmiriksə, onun yaxşıya və ya pisə doğrü getdiyini görə bilmərik. Yaxşıya və ya pisə doğru getdiyini bilmiriksə, o zaman onu necə inkişaf etdirə bilərik?! Bir həqiqət də var ki, insanlar əsasən nəticələri ölçülən məsələlərə diqqət ayırır. Məhs buna görə də, nəticələrin ölçülməsi vasitəsilə şirkətin məqsədləri və onun əməkdaşlarının fərdi səyləri arasında uyğunluq yaratmaq və çox böyük nəticələr əldə etmək mümkündür.

Bu məntiq hər kəs tərəfindən qəbul edilsə də, bir çox şirkətdə tətbiq edilmir. Əksər Azərbaycan şirkətləri yalnız maliyyə göstəriciləri ilə idarə olunur. Ancaq maliyyə göstəriciləri yalnız keçmişlə bağlı, olub-keçən fəaliyyətlə bağlı bir qisim məlumat verə bilər, şirkət üçün daha önəmli olan gələcəkdə atılacaq adımlarla bağlı heç nə demir.

Azərbaycan şirkətlərində qarşıya qoyulan hədəfləri göstəricilərə (KPI-lar) çevirəcək daha geniş və hərtərəfli ölçü sisteminə ehtiyac var. Balanced Scorecard (Balanslaşdırılmış Göstəricilər Sistemi) dünyada məhs bu məqsədlə istifadə edilən ən populyar yanaşma hesab olunur. Balanced Scorecard yanaşmasının bu qədər geniş istifadə edilməsinin səbəbi onun keçmiş nəticələri ölçməklə yanaşı, həm də şirkətin ümumi strategiyasını əməliyyat dilində ifadə etmək və buradan çıxan nəticə göstəriciləri vasitəsilə müxtəlif departamentlər, şöbələr və insanlar arasında uyğunluq yaratmaq imkanı verməsidir.

Balanced Scorecard yanaşmasının əsasında dayanan əsas prinsip şirkətin məqsədlərini və onlara müvafiq KPI-ları 4 əsas perspektiv (baxış bucağı) üzrə qruplaşdırmaqdır. Bunlar aşağıdakı kimidir:

  1. Maliyyə göstəriciləri şirkətin fəaliyyətinin gəlirlərə və mənfəətə nə dərəcədə təsir etdiyini göstərir.
  2. Müştəri göstəriciləri maliyyə hədəflərinin əldə edilməsi üçün müştərilər, məhsul və xidmət atributları və şirkətin imici ilə bağlı əldə etməli olan nəticələri ölçür.
  3. Daxili proseslərlə bağlı göstəricilər müştəri göstəricilərində uğurlu olmaq üçün şirkətin hansı daxili proseslərdə ideal işləməli olduğunu göstərir.
  4. Təşkilatla bağlı göstəricilər şirkətin uzun müddətli artım və inkişaf üçün qurmalı olduğu təşkilati infrastrukturun nəticələrini ölçür.

Yuxarıdakılardan da göründüyü kimi Balanced Scorecard yanaşmasının əsas üstünlüyü onun müxtəlif göstəriciləri balanslaşdırma imkanıdır. Bu yanaşmanın ikinci üstünlüyü bütün göstəricilər arasında səbəb və nəticə əlaqələrinin qurulmasıdır. Müxtəlif göstəricilər arasında belə bir əlaqə mövcud olduğu zaman, hər hansı bir göstəricidə yarana biləcək problemin digər göstəricilər vasitəsilə daha öncədən görülməsi mümkün olur.

Balanced Scorecard yanaşmasının əsasları və bu yanaşmanı şirkətinizdə necə tətbiq edə biləcəyiniz barədə praktiki məlumatlar əldə etmək üçün Veritas Management Systems tərəfindən 11 oktyabrda keçiriləcək təlimdə iştirak edə bilərsiniz. Təlim proqramı Balanced Scorecard yanaşmasının müəllifləri Dr. Robert Kaplan və Dr. David Norton tərəfindən eksklyuziv olaraq hazırlanmış və təsdiq edilmişdir. Təlimlə bağlı ətraflı məlumatları www.vms.az/events səhifəsindən əldə etmək mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər