15 C
Baku
Tuesday, April 23, 2024

Şirkəti İxracat üzrə Koordinator – Mətanət A

Mətanət A” Şirkəti İxracat üzrə Koordinator vakansiyasını elan edir

İşin təsviri:

 Qlobal ticarət portallarında (alibaba.com və s.) şirkətin məhsullarının yerləşdirilməsi və potensial müştərilərin cəlb edilməsi;
 İşgüzar yazışmaların, danışıqların aparılması və satışın əldə edilməsi.
 Xarici bazarlarla və yaxın qonşu ölkələrlə internet üzərindən biznes əlaqələrinin qurulması, məlumatların toplanması;
 Xarici bazarların “Mətanət A” Şirkətinin istehsal etdiyi məhsullara tələbatının öyrənilməsi;
 Xarici ölkələrdəki satış imkanlarının öyrənilməsi;
 Xarici ölkələrdə məhsulların satışının yüksədilməsi prosesinin nəzarət altında saxlanılması və bununla bağlı hesabatın şöbə rəhbərinə təqdim edilməsi;
 Məhsulun ixracı planlarının yerinə yetirilməsinə nəzarət, məlumatların şöbə rəhbərinə təqdim edilməsi;
 Yükün xarici ölkələrə çatması barədə yazışmaların aparılması;
 İxracat sənədlərinin hazırlanması,vaxtında rəsmiləşdirilməsi;
 Kargüzarlıq, zənglərin geydə alınması və yazışmaların koordinasiyası, şöbə rəhbərinə yardımçı olmaq;
 İstehsalata verilən sifarişlərin icrasının və hazır məhsulun ambara yerləşdirilməsinin koordinasiyası;

Əmək haqqı:

 Razılşama yolu ilə.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək
 İstirahət: Şənbə və  bazar günü

Tələblər:

 Ali təhsil (bakalavr);
 Azərbaycan, rus və ingilis dillərini bilməli;
 Rus və ingilis dillərində beynəlxalq yazışmalar aparmaq və yaxşı ünsiyyət qurmaq bacarığı olmalı;
 Ən azı 2 il iş təcrübəsi olmalı;
 Fikrini rahat izah etməyi bacarmalı, fəal olmalı, işə planlı yanaşmalı, səliqəli olmalı, yaradıcılıq qabiliyyəti olmalı, məntiqi olmalı.    Gömrük və ixracat işlərini bilənlərə üstünlük verilir;
 Ofis proqramlarında işləmə bacarığı olmalı.

Qeyd:

 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan şəxslər işə götürülmürlər;
 Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaq).

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər