18 C
Baku
Tuesday, April 23, 2024

Şirkətlərin Rusiyaya məhsul ixracına dair danışıqlar baş tutub

Nar şirəsinin, mineral suların və konservləşdirilmiş qida məhsullarının Rusiyaya ixracına dair ilkin razılıq əldə edilib

Azərbaycanda meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz məhsulları, konservləşdirilmiş qida, dondurma istehsalı və digər sahələrdə fəaliyyət göstərən 18 şirkətin nümayəndəsinin təmsil olunduğu missiya noyabrın 15-16-da Sankt-Peterburqda təşkil olunmuş bir sıra tədbirlərə qatılıb, Rusiyalı iş adamları ilə məhsuldar danışıqlar aparıb.

İqtisadiyyat Nazirliyindən bildiriblər ki, missiya AZPROMO və Azərbaycanın Rusiyadakı Ticarət Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Sankt-Peterburq şəhərində keçirilən “Peterfood” Qida Sərgisində və sərgi çərçivəsində təşkil olunan XVII Peterburq Ərzaq Forumunda və Rusiyanın Şimal Qərb regionunun iri marketlər şəbəkələri və distributor şirkətlərinin iştirakı ilə keçirilən ikitərəfli görüşlərdə iştirak edib.

“X5 Retail Group”, “Aşan”, “Maqnit”, “Diksi” və “Metro” kimi iri marketlər şəbəkələrinin və yerli distributor şirkətlərin nümayəndələrinin iştirak etdiyi görüşlərdə Azərbaycan şirkətləri öz məhsullarını təqdim edib, yerli məhsullarımızın market və bazarlarda satışı imkanları və distributorluq məsələləri müzakirə olunub.

Danışıqlar zamanı Rusiya şirkətləri tərəfindən Azərbaycanın təbii və keyfiyyətli meyvə-tərəvəz məhsullarına, xüsusilə də “Made in Azerbaijan” brendi ilə dünya bazarında tanınan nar şirəsi, mineral sular və konservləşdirilmiş qida məhsullarına xüsusi maraq göstərilib və bu məhsulların Rusiyaya ixracına dair danışıqlar aparılıb və ilkin razılıq əldə edilib.

MənbəAzərTac
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər