13 C
Baku
Friday, March 29, 2024

Sistem və şəbəkələrin idarə edilməsi şöbəsinin mütəxəssisi, İT Departamenti – Turan Bank ASC

Sistem və şəbəkələrin idarə edilməsi şöbəsinin mütəxəssisi, İT Departamenti

Yaş həddi:     22 – 30

Əmək haqqı:  990 AZN

 

  Vəzifə öhdəlikləri:

– Serverlərdə yaranmış nasazlıqların aradan qaldırılması

– Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, şəbəkənin monitorinqi

– Avadanlıq və proqram səviyyəli fayrvolların quraşdırılması və sazlanması

– Məlumatların arxivləşdirilməsinin təşkili

– Yeni texnoloji sistemlərə tələblərin araşdırılması

– Yeni texnoloji sistemlərin və şəbəkə avadanlıqlarının quraşdırılması və sazlanması

 

   Namizədə tələblər:

– Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)

– Azərbaycan dilində səlis danışıq və qrammatik cəhətdən düzgün yazı yazma bacarığı

– İngilis və Rus dili bilikləri (orta səviyyədə)

-Windows 2012 server və Windows 2016 server əməliyyat sistemləri üzrə nəzəri və praktik biliklər

– Linux əməliyyat sisteminin idarəedilməsi üzrə biliklər

–  Rotung, VLAN, VPN, DNS,  Active Directory, Terminal Services, Paloalto, Mail server üzrə nəzəri və praktik biliklər

-Cisco avadanlıqları ilə işə dair nəzəri və praktik biliklər.

– Storage avadanlıqları ilə işə dair nəzəri və praktik biliklər.

– Məsuliyətlilik, diqqətlilik, lazım gəldikdə gərgin iş rejimində işləməyə hazır olmaq.

– Bank sektorunda iş təcrübəsi olan namizədlərə üstünlük verilir.

QEYD:  Müvafiq sahədə ali təhsili olmayan və azərbaycan dilini səlis bilməyən namizədlərin CV-lərinə baxılmayacaqdır. CV göndərərkən məktubda mövzu hissəsində “System administration” yazmağınızı xahiş edirik. Göstərilmiş əmək haqqı namizədin bilik və təcrübəsindən asılı olaraq dəyişilə bilər, iddia etdiyiniz məbləğ elanda təklif ediləndən artıq olarsa CV-də və ya məktubda bunu göstərmənizi xahiş edirik. CV-də və ya məktubda bu göstərilmədiyi halda gələcəkdə bu istək qəbul edilməyəcəkdir.

 

Email: [email protected]

Son xəbərlər
Digər xəbərlər