Proqnoz: Siyasi cəryanlar bahalı neft dövrünü geri qaytara bilər

“Yaxın Şərqdə başlayan siyasi gərginlik neft qiymətlərini son 2 ilin ən yüksək həddinə çatdırıb. OPEK-in 3-cü ən böyük neft hasilatçısı olan İranda hakimiyyətin devrilməsi təhlükəsi neft bazarlarınada siraət edib. Buna görə, neft son illərin ən yüksək həddinə çatıb”.

Bu barədə Almaniyanın “Die Presse” nəşri yazır.

Almaniyalı ekspertlərin fikrincə, geosiyasi risklər neftin dünya siyasətinə təsir imkanlarını artırır.

“Neft şirkətləri neftin qiymətinin bahalaşmasına görə, ilk növbədə OPEK ölkələrinin əldə etdikləri razılaşmaya minnətdar olmalıdırlar. Qiymətləri sabitləşdirmək üçün bu ölkələrin əldə etdiyi razılıq öz effektini verdi. Bunun uğurlu nümunəsi kimi Rusiyanın adını çəkmək olar”.

Maraqlıdır ki, Rusiyanın OPEK-lə hasilatı məhdudlaşdırmaq barədə müqaviləsinin mövcud olmasına baxmayaraq, bu ölkə müstəqillik tarixində ən çox nefti ötən il hasil edib.

“Putinin 1999-cu ildə hakimiyyətə gəlməsindən sonra neft hasilatı 2 dəfə artıb. Amma ötən ilki razılaşma Rusiyanın OPEK-lə xüsusi şərtlər əsasında əməkdaşlıq etməsi hesabına başa gəlib”.

Almaniyalı ekspert Mattias Auer isə şift neftinin inqilab edə biləməyəcini yazıb.

“Şift neftinin ABŞ-dakı buruqlarının sayı 2017-ci ilin sonu üçün 2015-ci ilin oktyabrını səviyyəsində geriləyib. Bu amil də neft qiymətlərinin ilin ilk yarısında yüksək qalmasına xidmət edəcək”.

Ehtimal olunur ki, neft il boyu -60-68 dollar arasında dəyişəcək.

📝 RƏY BİLDİR