20 C
Baku
Wednesday, April 24, 2024

Sizə ədalətli maaş verilmədiyini sübut edən 13 əlamət- bununla nə etmək olar

Tam ödəniş almadığınızı hiss etmək çox xoşagəlməz bir haldır. Əmək haqqının miqdarı- uğrunuzun göstəricisidir. Başqalarına daha çox ödənildiyini başa düşürsünüzsə, sakitcə əzab çəkməkdənsə ödənişin artmasını xahiş edin. Buda rəhbərinizlə danışmağınız üçün 13 məsləhət.

  1. Sizin şirkətdə eyni vəzifədə daha yüksək maaş təklif olunur.

Şirkətinizin vakansiyaları haqqında məlumatı  öz saytında və ya iş təkliflərinin yerləşdirildiyi digər resurslardan öyrənin. Eyni mövqeni daha yüksək maaşla görürsünüzsə, bu artım tələb etməyiniz üçün aydın bir işarədir.

  1. Şirkətinizin gəliri yüksəlib, əmək haqqınız isə demək olar ki dəyişməyib.

Bir çox şirkətin maliyyə hesabatlarını internetdən tapa bilərsiniz. Hesabatı öyrənin. Gəlirin azalmasını və ya böyüməsini dərhal başa düşəcəksiniz.  Bu artım əhəmiyyətlidirsə, deməli əmək haqqı artımın olacağına şans var.

  1. İlk işinizdə əmək haqqınız orta səviyyədə idi və o gündən çox bir şey dəyişməyib.

İlk işinizdə aldığınız maaşı xatırlayın. Ola bilər ki, seçiminiz olmadığından siz buna razılaşmısınız. Maaşınız illərnən artır mı? Əgər fərq ediləcək qədər deyilsə deməli sizə əmək haqqı tam ödənilmir.

  1. Eyni səviyyədə təhsili və təcrübəsi olan həmkarlarınızdan az alırsınız.

Bir çox şirkətlərdə əmək haqqı haqqında məlumatı əməkdaşlarla və ya digər insanlarla bölüşmək olmaz, lakin istəyiniz olduğu tədqirdə siz digər şirkətlərdə oxşar vəzifədə işləyənlərin əmək haqqı haqqında məlumatı tapa bilərsiniz. Bənzər bir təcrübə və təhsil səviyyəsi olan insanlar daha çox qazanırsa, bu bir əlamətdir.

  1. Bəlkə sizin bonusunuz azdı?

Bəlkədə, digər şirkətlərdə sizin vəzifədə çalışan həmkarlarınıza yaxşı kompensasiya paketi təklif edilir: tibbi sığorta, çevik qrafika, idman zalı və ya mobil rabitə ödənişləri. Bunlardan sizdə yoxdursa, bu düşünmək üçün bir fürsətdir.

  1. Məsuliyyət səviyyəsi artıb-əmək haqqı isə yox.

Menecer daha çox vəzifə yerinə yetirməyinizi və kompensasiya olmadan daha çox məsuliyyət daşımanızı xahiş edirsə, deməli o qənaət edir, siz isə haqqınız olan pulu almırsız. Başqa bir seçim isə: daha yüksək vəzifəyə təyin edilirsiz, maaşınız isə yüksəlmir.

  1. Siz düşünürsünüz ki: « İşlədiyimə görə sevinməliyəm».

Müsbət düşüncə vacibdir, ancaq o sizə qarşı işləməməlidir. Əğər siz onsuzda şirkətə qarşı sadiqsinizsə, rəhbərlik sizi daha xoşbəxt etmək üçün səy göstərmiyəcək.

  1. Sizin ixtisasınıza yüksək tələb var.

Əgər siz, xüsusilə bazarda tələbat olan, bir proqramçı və ya başqa bir peşə nümayəndəsisizsə, təzminatınızı yenidən nəzərdən keçirməklərini xahiş edin.

Digər tərəfdən, əgər peşəniz geniş yayılıbsa və bu cür mütəxəssislərin sayı çoxdursa,  əmək haqqınızın uzun müddət qalxmamasına təəccüblənməyin.

  1. Siz şirkətdən intiqam alırsınız

Siz yemək fasiləsinə daha çox vaxt sərf edirsiniz, ya da işəgötürən və ya şirkətin zərərinə başqa bir şey edirsiniz. Çünki sizə borclu olduğunu hiss edirsiniz və aşağı olan maaşa görə inciyirsiniz.

  1. Sizin şirkətiniz yüksək kadr dövriyyəsinə malikdir

İşçilərin bir işdən digər işə keçməsi bazarda mövcud olan əmək haqqından irəli gəlir.

  1. Sizin həmkarlarınız bonuslar alırlar, siz isə yox.

İnsanlar müvəffəqiyyətli bir iş üçün mükafatlandırılırlarsa, siz isə bunu heç vaxt görməmisinzə , bunun niyə belə olduğunu aydınlaşdırın və bonus almaq üçün nə edə biləcəyinizi öyrənin.

  1. Siz heç bir zaman maaş artımı istəməmisiniz

Salary.com-un iş axtarışı olan Amerika saytının hesablamalarına görə, işçilərin üçdə iki hissəsi  əmək haqqı artımı ilə bağlı bir söhbət aparmırlar.Sadəcə soruşun.Hər şey alına bilər. İllik əmək haqqınızda kiçik bir artımda yaxşı bir məbləğə çevrilir.

Məsləhətlər

-Güclü dəlillər yığın. Nəyə görə məhz sizin maaşı artırmalıdırlar, əldə etdiyiniz nailiyyətləri, şirkətin inkişafına hansı töhfələr verdiyinizi- həm kəmiyyət, həm də keyfiyyətli göstəricilərininizi nümunə gətirə bilsəniz, xüsusilə yaxşı olar.

-Çox işlədiyinizi və işdə gecikdiyinizi vurğulamayın. Rəhbərinizə, hədəflərinizdən çox işlədiyinizi söyləmək daha yaxşıdır, ancaq başqalarından az maaş aldığınızı bildirin.

-Menecerlə söhbət etmədən əvvəl özünüzü bazarda digər mütəxəssislərlə müqayisə edin, üstünlüklərinizi müəyyənləşdirin.

-Sonra nə edəcəksiniz? Daha çox məsuliyyət götürməyə, başqa bir layihəyə başlamağa və ya şirkətə fayda verəcək başqa bir şey etməyə hazır olduğunuzu bildirin.

-Sizə uyğun olan maaş artımının səviyyəsini müəyyənləşdirin. Bu bazar məlumatları ilə əsaslandırılmalıdır.

-Bir şirkətdə bir ildən az müddətə işlədiyiniz halında artım tələb etmiyin. Və maliyyə ilinə uyğunlaşın. Şirkətin növbəti dövr üçün büdcəni təsdiqlədiyini öyrənin. Artımı bir neçə ay əvvəl qabaqcadan istəyin.

-Tazminatın alternativ yolla artması barədə düşünün. Məsələn, bu, çevik bir iş günü və ya birdəfəlik bonus ola bilər.

– Söhbətə optimist şəkildə başlayın. Administratorunuzun sizə az ödəniş edildiyindən  xəbərdar olmama ehtimalını unutmayın. Konstruktiv olun və duyğularınızı ələ  verməyin.

-Həmkarlarınızın maaşıyla yox, bazardaki vəziyyətnən müqayisə edin: şayiələrdən istifadə etmiyin  və özünüzü şirkətdəki digər insanlarla  müqayisə etməyin.

– Əgər sizə uyğun bir şey təklif edilməsə, iş dəyişdirməyi düşünə bilərsiniz. Daha çox qazanmağa başlamanın ən asan yoludur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər