22 C
Baku
Thursday, April 25, 2024

Sizə nə qədər kredit düşür?

Hazırda televiziya,radio, internet və yaxud digər vasitələrlə ölkə banklarının müştərilər üçün  müxtəlif məbləğlərdə kreditlər ayırdığının şahidi oluruq. Hər hansısa bankın daha sərfəli kredit ayırdığını düşünən və həmin banka yaxınlaşan müştəri əslində ona heçdə reklamda bəyan etdikləri qədər vəsait ayrıla bilməyəcəyini söyləyirlər.

İllik faizin və maksimal kredit məbləğinin miqdarını əsas götürərək seçdiyiniz kredit məhsulunun sizə uyğun olması hələ heç də bankın həmin maksimal məbləği sizə verəyəci mənasına gəlmir. Əksərən bu hallar kredit alanların həvəslə həmin krediti almaq üçün müraciət etdikləri bankdan heç də yaxşı təəssüratla qayıtmamağınıza səbəb olur.

Kreditin ayrılmaması üçün təbii ki, bir çox nüanslar var. Bunlara gecikdirilmə, hansısa mənfi səbəb olması, zamin və ya daşınmaz əmlak göstərilməsində olan problemlərdir.  Bununla yanaşı, sizə kreditin ayrılmamasına, ilk növbədə sizin hansı tipdə kredit əldə etməyinizdən də asılı ola bilər. Kredit almaq istəyən şəxslərə kreditin ayrılmaması bir neçə halda baş verə bilər.

Birinci hal, Misal üçün əgər arayışla kredit almaq istəyirsinizsə, ola bilər ki, sizin aldığınız əməkhaqqı kifayət qədər olmasın. Bu zaman sizə kreditlərin ayrılması mümkünsüz olacaq. Bəs aylıq ödənişləri qarşılaya bildikdə sizə nə qədər kredit ayrıla bilər? Arayışla ayrılan kreditlər əsasən banklardan asılı olaraq, maaşınızın 3-8 mislində kreditlər ayrılır.  Lakin burada bir nüans da var ki, maaşınızdan xərcləriniz çıxarıldığı zaman, alacağınız kreditin aylıq ödənişini edəcək qədər pulunuz qalsın.

Yəni, misal üçün əgər siz 350 AZN əməkhaqqı alırsınızsa, maaşınızın maksimum 8 misli olan 2 400 AZN əldə etdikdə siz 18 ay müddətində, təxminən 170 AZN civarında aylıq kredit borcu ödəməlisiniz. Bəs aylıq ödənişləri qarşılaya bildiyiniz təqdirdə sizə niyə kredit ayrılmır? Əgər sizin xərcləriniz hesablanıb maaşınızdan çıxarıldığı zaman sizin maaşınız aylıq kredit borcunuzu ödəmək üçün yetərsiz olduğu aşkarlanarsa, bu zaman sizə kreditin ayrılması mümkünsüz olacaq.

Ancaq yenə də qeyd etmək istərdik ki, banklardan aslı olaraq şərtlər və tələblər dəyişə bilər. Yəni sizin istədiyiniz məbləğ əmək haqqınızın necə misli nisbətində olacağını bank özü müəyyənləşdirir. Eyni zamanda sizdən tələb olunacaq zamin sayı, yəni 1 yoxsa 2 zamin tələb olunması kreditə alacağınız məbləğə görə də dəyişə bilər.

Digər bir hal isə girov vasitəsilə kredit əldə etmək istəyən şəxslərdə bank tərəfindən kreditlərin ayrılması mümkünsüz ola bilər. Misal üçün, girov olaraq daşınmaz əmlak qoyub kredit götürmək istəyirsiniz. Bu zaman girovunuzun sənədlərində əgər hər hansı bir problem ortaya çıxarsa, bank sizə kredit verməkdən imtina edə bilər. Yox əgər girovunuzda heç bir problem yoxdursa, o zaman aylıq ödənişləri qarşılaya bildiyiniz təqdirdə sizə kreditin ayrılması mümkün olacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər