21 C
Baku
Friday, April 26, 2024

Sizin pis əməkdaş olmağınızın 4 səbəbi

30 yaşında karyeranı tamamlamaq, mənzili kirayə vermək və şəhərdə bekar gəzmək – bu homo sapiens üçün ən yaxşı variantdır. 

Bizim beynimiz həddən çox məsələnin yükünü yadda saxlamır, biz özümüzü obyektiv qiymətləndirməyi bacarmırıq, və hətta yeni kompüter bizi çox vaxt yoldan çıxarır. Məgər belə əməkdaş yaxşı ola bilər? Yox. Vəssalam.

Şübhəsiz, bizim oxucularımızın çoxu Paretonun prinsipi ilə tanışdır, ona əsasən, ehtiyatlardan yaxud səylərdən 20% istifadə etməklə nəticənin 80%-nə nail olmaq olur.    Bu prinsipin məşhurluğu onun univarsallığı səbəbindəndir.  Ondan həm satışda, həm istehsalatda və təəccüblü olsa da, personalın idarə edilməsi sahəsində istifadə olunur. Məlum olur ki bütün işin 80%-i, kollektivin 20%-i tərəfindən görülür. Qalan əməkdaşların ümumi işdə olan əməyi itəcək dərəcədə azdır. Onlar əmək haqqı alan artıq adamlardır. Ortaya qanunauyğun sual çıxır: nə üçün tale 80% muzdlu əməkdaşlar üçün belə ədalətsizdir, nəyə görə onlar səmərəli işləyən
20% kimi işləyə bilmir? Cavab sadədir: 80% ancaq adi adamlardır.  Elmin dediyi kimi, insanlar effektiv işləməyə prinsipcə uyğunlaşmamışlar. Biz bunu 4 səbəblə əsaslandırmağa çalışacağıq.

SƏBƏB №4. İNSAN BEYNI ÇOX MƏSƏLƏNIN EYNI ANDA ÖHTƏSINDƏN GƏLMIR

Bu iri kompüter arxasında  nə az, nə çox – bir neçə işi eyni vaxtda görməyi bacarmamaq durur. Bu nöqteyi nəzəri rədd etməyə tələsməyin. Bu, neyrobioloqlar tərəfindən sübut olunub. Sizin öyünə biləcəyiniz çox məsələlilik, beyinin bir işdən digər işə keçə bilməsi qabiliyyəti ilə şərtlənmişdir.  Lakin sizin kimi adamlara, hansısa bir işin üzərində cəmləşərək onu maksimal keyfiyyətlə yerinə yetirmək çətindir. İş nöqteyi-nəzərindən belə saxta çox məsələlik əks məhsuldardır.

SƏBƏB №3. BIZ ANCAQ ELEKTRON POÇT VASITƏSI ILƏ ÜNSIYYƏTDƏ OLARAQ, QARŞILIQLI ANLAŞMANI NECƏ ƏLDƏ EDƏ BILƏCƏYIMIZI BAŞA DÜŞMÜRÜK

Əgər sizin iş prosessində həmkarlarınızla elektron poçt vasitəsi ilə hansısa bir problemin müzakirəsi zamanı heç vaxt anlaşılmazlıq olmazsa, deməli: a) siz heç vaxt elektron poçtdan isifadə etməmisiniz, b) siz yaranmış diskommunikasiyaya diqqət etməmisiniz. Tərkibində zarafat və istehza olan məlumatı başa düşmək xüsusilə çətindir – çox halda ona görə ki, zarafat və istehza ancaq onun müəllifinə aydındır, başqalarına aydın deyil. Sizin zarafatlarınızı qiymətləndirmiyənlərin arasında sizin rəis ola bilər. Karyeranız təhlükə altındadır.

SƏBƏB №2 YENI ALƏT VƏ TEXNOLOGIYALARLA IŞLƏMƏK PERSPEKTIVI SIZI ÇIXILMAZ VƏZIYYƏTƏ QOYUR

Yadınıza salın, siz nə qədər vaxt köhnə və “tormozlayan” şəxsi kompüterinizi yeni mütərəqqi əməliyyat sistemi olan noutbuka dəyişdirilməsini gözləmişdiniz.  Budur, siz arzunuza çatdınız, elektron köməkçinizi sistem administratorunun qayğıkeş əllərindən aldınız, işə saldınız və başa düşürsünüz ki… adət etdiyiniz qaydalar pozulub. Keçmiş məhsuldarlığınızı bərpa etmək üçün, siz lənətə gəlmuş dəmir parçasına yaxud yeni softa ən azı iki həftə öyrəşməlisiniz Və sizin incə ruh təşkilatınız burada günahkar deyil.  Bütün yeniliklərə tərəddüdlə və şübhə ilə yanaşma – insan psixikasının xüsusiyyətidir.  Biz uyğunlaşmaya olan öz imkanlarımıza həddindən artıq yüksək qiymət veririk və bu zaman kobud səhv edirik.

SƏBƏB №1. BIZ ÖZ SƏLAHIYYƏTLƏRIMIZI OBYEKTIV QIYMƏTLƏNDIRMƏYI BACARMIRIQ.

E-xecutive Cəmiyyətinin hər bir iştirakçısı (xüsusən də əgər o, forumlarda olursa və hər cıxan materiala birinci olaraq geniş şərh yazmağa çalışırsa) özünü bir neçə sahədə ekspert hesab edır.  Əgər eksperti başa salmaq cəhdi etsəniz, bu halda onun sizin üçün şəxsi və digər “xoşluqlara” keçməsi təmin olunub. Ekspertin öz gözlərində onun bilikləri toxunulmazdır və onların keyfiyyətinə olan balaca bir şübhə, şəxsi əraziyə qəsd etmə kimi qəbul ediləcəkdir. Bunun elmi izahı var. Praktiki olaraq heç kim özünün hansısa bir sahədə başqalarından zəif olması barədə düşünmür. Özlərində lider qabiliyyətlərini isə, 70% respondent aşkar edir, bu isə prinsipcə mümkün deyil.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər