14 C
Baku
Wednesday, April 24, 2024

SKMF 2017-ci il üçün maliyyə hesabatının auditorunu seçə bilməyib

Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci il üzrə maliyyə hesabatının auditini aparmaq üçün auditor şirkətinin seçimi prosedurundan imtina edib. Bu barədə fonddan məlumat verilib.

Xəbər verildiyi kimi, seçim kotirovka üsulu ilə aparılırdı. Təkliflərin qəbulu oktyabrın 30-da başa çatıb.

“Təkliflərini təqdim edən iddiaçıların sayı üçdən az olub. “Dövlət satınalmaları haqqında” qanunun 11.1-ci maddəsinə əsasən SKMF seçimi davam etdirməkdən imtina edib”, – deyə məlumatda bildirilir.

SKMF oktyabr ayında iki dəfə auditor seçməyə çalışsa da, iddiaçıların sayı 3-dən az olub.

SKMF-in 2016-cı il üçün maliyyə hesabatının auditini “RSM Azerbaijan” audit şirkəti aparmışdı.

SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğin 150 mln. manat təşkil edəcəyi planlaşdırılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər