16 C
Baku
Thursday, April 25, 2024

SKMF-in problemli kreditlərinin həcmi 85% artıb

2016-cı il 1 yanvar tarixinə Sahibkarlığa Kömək Mili Fonduna (SKMF) öhdəlik olaraq vaxtında qaytarılmalı, lakin qaytarılması təmin edilməyən vaxtı keçmiş kreditlərin məbləği 40 785,85 min manat təşkil etmişdirsə, 2017-ci il 1 yanvar tarixinə 34 683,5 min manat və ya 85,0% artaraq 75 469,37 min manata çatıb. Bu isə Fondun həmin tarixə kredit portfelinin 7,2%-ni təşkil edir.

“Report” bu barədə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəyə istinadən xəbər verir.

Qaytarılması təmin edilməyən vaxtı keçmiş kredit vəsaitlərindən 70 484,25 min manatı və ya 93,4%-i lisenziyaları ləğv olunmuş banklara, 4 570,74 min manatı və ya 6,6%-i isə fəaliyyəti davam edən müvəkkil kredit təşkilatlarına aid olub.

2017-ci il 1 yanvar tarixinə Fondun müvəkkil kredit təşkilatlarında kredit vəsaitlərinin (kredit, faiz və cərimə məbləği) qalığı 1 045 283,45 min manat olduğu halda, bundan lisenziyaları ləğv olunmuş banklarda olan vəsait qalıqları 202 711,68 min manat, yəni 19,4% təşkil edib.0e4f903b 6855 49a1 a7b3 8dc07956b2c6

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər