Skorinq nədir?

Ötən məqalələrimizdə bankların borcalanların kredit qabiliyyətini öyrənmək məqsədi ilə onları necə yoxladığı haqqında yazmışdıq. Biz ayrıca qeyd etmişdik ki, belə yoxlamanın mərhələlərindən biri də skorinq adlanır. Bu məqalədə isə biz skorinqin nə olduğunu ətraflı şəkildə nəzərdən keçirəcəyik.

Beləliklə skorinq  – statistik metodlara əsaslanan borcalanların yoxlanılması üçün banklar tərəfindən istifadə olunan xüsusi sistemdir.

Əksər hallarda skorinq borcalanlar tərəfindən  doldurulmuş xüsusi anketlərdəki məlumatların kompüter proqramına daxil edilməsindən ibarət olur və bu proqram həmin borcalana kredit verib-verməmək barədə qərar çıxarır.

Bu tip proqramların iş alqoritmi kifayət qədər mürəkkəbdir və təbii ki, bank tərəfindən ciddi sirr olaraq saxlanılır. Bu günləri skorinq üçün ən məşhur proqramlar içərisində  Fair Isaac, FICO score, EGAR Scoring, Clementine (SPSS), Transact SM (Experian-Scorex), SAS Credit Scoring, K4Loans (KXEN) və s. adları çəkmək olar.

Bu proqramların tətbiqi yoxlama prosesini avtomatlaşdırmağa, onu daha dəqiq və sürətli etməyə imkan verir.

Skorinq zamanı məhz nə yoxlanılır?

Bu gün dörd skorinq növü mövcuddur:

1.    Application-scoring (“anket skorinqi” kimi tərcümə olunur). Borcalanın kredit qabiliyyətinin skorinqi həyata keçirilir. Ən geniş yayılmış skorinq növüdür. Bu yoxlamanın nəticəsində proqram həmin borcalana müəyyən bal təyin edir və bu balların nəticəsində bank işçisi qərar qəbul edir: kredit verməkdən imtina, əlavə yoxlama aparmaq, daha bahalı kredit şərtləri təklif etmək  və ya borcalana münasib olan şərtlərlə kredit vermək.

2.    Collection-scoring. Bu skorinq borcalanın kredit üzrə ödənişləri gecikdirməsi baş verdikdə tətbiq edilir. Proqram borcalanla münasibətlə hansı tədbirləri görməyi müəyyən edir.: telefonla xatırlatma ilə məhdudlaşmaq, işi kollektora ötürmək və s.

3.    Fraud-scoring. Borcalanın fırıldaqçılıqdan yoxlanması. Bir qayda olaraq, bu skorinq növü digərləri ilə paralel həyata keçirilir. Fırıldaqçılıq ehtimalının üzə çıxarılması üçün müxtəlif anketlərdə yerləşən və bir-biri ilə toqquşan məlumatların yoxlanması həyata keçirilir. Yəni bu halda borcalan tərəfindən təqdim edilən informasiyanın dürüstlüyü yoxlanılır.

4.    Behavioral-scoring (davranış skorinqi). Borcalanın maliyyə davranışı skorinq edilir, bu isə onun kreditin ayrılması müddətində maddi-rifahını qiymətləndirmək imkanı verir. Qiymətləndirmə üçün müxtəlif maliyyə göstəriciləri istifadə edilir: vəsaitlərin kredit və debet hesabları üzrə hərəkəti və s.)

Bununla yanaşı banklar MKR-ə müraciət edərək, həmin şəxsin hazırda aktiv kreditinin olub-olmamasını, gecikmələri və s. öyrənə bilər.

Skorinq hansı nəticələri verir və onlardan istifadə

Skorinq proqramının hansı nəticələr verməsi və onların borc vəsaitlərinin verilməsinə necə təsir göstərməsini FİCO score proqramı üzərində nəzərdən keçirək, o dünyada geniş yayılmışdır – ABŞ banklarının 97%, İngiltərə banklarının isə 90%-i ondan istifadə edir.

Proqramın işinin nəticələri isə – rəqəmlər (ballardır), onlar 300-900 arasında dəyişir.

•    600-dən aşağı. Çox az. Əgər skorinq belə bal göstərərsə, heç bir bankda kredit almaq mümkün olmayacaq. Bu halda yeganə ümid edə biləcəyiniz mikro kreditlərdir.
•    600-620. Az məbləğli (500 manata qədər), lakin böyük faizli kredit almağa cəhd etmək olar. Həm də kredit müddəti qısa olacaqdır.
•    620-640. Nisbətən normal səviyyədir. 2000 AZN-ə qədər kredit, münasib şərtlərlə  kredit vermək olar (amma əlavə olaraq da yoxlamaq lazım gələcək).
•    640-650. Orta səviyyə. Əksər kredit təkliflərindən yararlana bilərsiniz. Xırda məbləğlərdə əlavə yoxlamaya gərək olmayacaq. Amma böyük məbləğlər üçün əlavə, diqqətli və səlis yoxlama lazım gələcək.
•    650-690. Yüksək səviyyə.  Minimal faiz dərəcələri ilə xüsusi sərfəli şərtlərlə kredit əldə etməyə ümid etmək olar.
•    690 baldan yüksək. Olduqca nadir haldır. Belə halda həmin müştəri istənilən bank üçün olduqca arzu olunandır.

Sonda qeyd edək ki, bu ballar şərti xarakter daşıyır, onlar sadəcə dərəcələri göstərir, banklar, 10, 100 və digər bir qiymətləndirmə sistemindən istifadə edə bilər. 1000 isə dəqiqlik baxımından ən optimal hesab edilir.