16 C
Baku
Thursday, April 25, 2024

SmileCodes: Amazon şəxsi QR-kod növünü yaradıb

Banker.az xəbər verir ki, Amazon şirkəti şəxi QR-kod növünü təqdim edib və onlar SmileCodes adlanır.

Bu şifrələr də adi QR-kodlar kimi işləyir: bu şifrələr məsələn reklam və yaxud jurnallarda yerləşdirilir, istifadəçi smartfonunda skayneri işə salır (SmileCodes skayneri Amazon tətbiqetməsində quraşdırılıb), kameranı şifrəyə yaxınlaşdırır və nə isə baş verir. Bu şifrədə yerləşdirilmiş linkdən asılıdır. Bu veb-səhifə, video və s. ola bilər.

Amazon şirkətinin yaratdığı bu kod növü şirkətin loqotipi olan təbəssümü özündə əks etdirir.

Amazon şirkətinin gələcəkdə SmileCodes-ları öz qutularında yerləşdirməsi istisna deyil. Belə ki, şirkət artıq bir neçə dəfə öz qutularından reklam platforması olaraq istifadə edib. Şifrələrlə bunu etmək isə daha asandır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər