SMM üzrə mütəxssis – Veyseloglu MMC

Vəzifənin adı: SMM üzrə mütəxssis

Təcrübə müddəti: Müvafiq sahədə minimum 1 il iş təcrübəsi

Təhsil: Ali

İxtisas Bilikləri və Bacarıqlar: Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı
İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsulları haqqında təsəvvür
Photoshop üzrə ilkin biliklər (retuş və reklam maketlərinin yenilənməsi ilə iş)
Azərbaycan dilinin qrammatika və leksika biliyi və düzgün tətbiq edilməsi
İngilis və rus dillərində bilən namizədlərə üstünlük verilir
İlkin analitika bacarıqları – google analytics, yandex metrika, məlumatları istifadə və idarə etmə, hesabatı yaratma təcrübəsi, neqativi tarazlama, rəy yazma təcrübəsi
Kontent yaratma və ustalıqla onu təqdim etmə bacarığı

Kompyuter Bilikləri: MS Office proqramlarından sərbəst istifadə

VƏZİFƏ FUNKSİYALARI:

Korporativ Sosial şəbəkələrin idarə olunması
Markalar üzrə sosial şəbəkələrin açılması və idarə olunması
Xüsusi günlər, bayram günləri və s. dövlət əhəmiyyətli günlərin qeydiyyatını aparmaq və o anlara özəl postların paylaşılması
Səhifələr üzrə gələn sorğuların müvafiq qurumlara yönləndirilməsi və cavablandırılması
Səhifələr üzrə hədəf kütləni təyin edərək reklam aksiyalarını həyata keçirmək

İş qrafiki: 5 günlük
Yaş həddi: 22 – 35 yaş
İş yeri: Bakı şəh.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini cv@veyseloglu.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “SMM üzrə mütəxəssis” qeyd edilməsi xahiş olunur.

📝 RƏY BİLDİR