23 C
Baku
Friday, April 19, 2024

SMS Xəbərdarlıq ASB-də pulsuzdur!

Müştərilərini daim diqqət mərkəzində saxlayan “Azərbaycan Sənaye Bankı”  SMS Xəbərdarlıq xidmətini müştərilərinə tam ödənişsiz olaraq təqdim etməkdədir.

Müştərilər bu xidmətə qoşulmaqla rahat məlumatlandırma sistemiylə yanaşı hesablarının təhlükəsizliyini təmin etmiş olacaqlar. Belə ki, SMS xəbərdarlıq xidməti dünyanın istənilən nöqtəsində, sutkanın 24 saatı ərzində real zaman rejimində plastik kart hesabında vəsaitin hərəkətinə nəzarət etmək və vəsaitinizi kart vasitələrinin sanksiyalaşdırılmamış istifadəsindən müdafiə etməyə imkan verəcək.

Bankın plastik kartları ilə bütün bankomat və posterminallarda o cümlədən internetdə etdiyiniz hər bir əməliyyat haqqında müştərinin mobil telefon nömrəsinə SMS məlumat göndəriləcəkdir. Digər mühüm məqam isə kart itirildiyi halda həmin saniyə telefona gələn SMS, kartın harada istifadə edildiyini və nə qədər məbləğ çəkildiyini bildirəcəkdir. Belə olan halda isə kart sahibi itkilərin qarşısını almaq üçün kartı dərhal bloklaşdıra biləcəkdir.

“Azərbaycan Sənaye Bankı”nda SMS Xəbərdarlıq xidmətinə qoşulmaq tamamilə pulsuzdur. Xidmətə qoşulmaq üçün şəhər telefonlarından və bütün operatorlardan 137 nömrəsinə zəng etmək və ya [email protected] ünvanına müraciət etmək kifayətdir.

“Azərbaycan Sənaye Bankı” müştərilərinə müasir bank xidmətləri göstərməyə, müştərilərin həyatını asanlaşdıran xidmətləri çeşitləndirməyə və artırmağa davam edəcəkdir.

Xatırladaq ki, “Azərbaycan Sənaye Bankı” ASC 1996-cı ildən fəaliyyətə başlayıb. 30 iyun 2014-cü il tarixinə Bankın məcmu kapitalının həcmi  64,99 milyon manat təşkil etmişdir.

Bankın digər xidmətləri haqqında www.asb.az ünvanından ətraflı məlumat alına bilər.

Son xəbərlər
Digər xəbərlər