16 C
Baku
Friday, April 26, 2024

SOCAR Almaniyanın “Uniper” şirkəti ilə birgə müəssisə yaradıb

Bu gün Sumqayıtda SOCAR və Almaniyanın “Uniper” şirkəti arasında enerji və buxar istehsalı sahəsində fəaliyyət göstərəcək birgə müəssisənin – “SOCAR-Uniper” MMC-nin yaradılması haqqında saziş imzalanıb.

Sazişə əsasən birgə müəssisədə SOCAR 51%-lik, “Uniper” isə 49%-lik paya sahib olacaqlar.

Bundan başqa yeni buxar turbogenerator qurğusunun tikintisi barədə ilkin layihə sazişi imzalanıb. Bildirilib ki, qurğunun inşası “Azərkimya” Birliyinin Etilen-polietilen zavodunda Buxar Generator Kompleksinin enerji effektivliyinin artırılması və əlavə enerji istehsal edilməsi məqsədi daşıyır.

Sazişləri SOCAR prezidenti Rövnəq Abdullayev və “Uniper” şirkətinin prezidenti Klaus Şehfer imzalayıblar.

S. Abdullayev bildirib ki, layihənin ümumi dəyəri 26. mln. avrodur.

-APA

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər