SOCAR-da yeni təyinatlar olub

Nizaməddin Quliyev

SOCAR-da mətbuatla əlaqələrin qurulması vahid strukturda birləşdirilərək optimallaşdırılıb.

Belə ki, qurumun mətbuat katibi Nizaməddin Quliyev vəzifəsindən azad edilərək, SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun müşaviri təyin edilib.

SOCAR-ın yeni yaradılan İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini təyin olunan İbrahim Əhmədov mənbəyə faktı təsdiqləyib.

O bildirib ki, İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə Rüfət Zamanov gətirilib.

R.Zamanov buna qədər SOCAR-ın Protokol idarəsinin rəisi vəzifəsində çalışıb.