15 C
Baku
Friday, March 29, 2024

SOCAR dövlət büdcəsinə ödənişləri 9,3% artıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) 2017-ci ilin oktyabr ayı üzrə ödənişlərinin həcmini açıqlayıb. Banker.az-a bu barədə Şirkətdən məlumat daxil olub.

SOCAR tərəfindən 2017-ci ilin oktyabr ayında dövlət büdcəsinə 136 milyon 952 min manat vəsait ödənilmişdir. Bu göstərici 2016-cı ilin oktyabr ayı ilə müqayisədə 11 milyon 607 min manat və ya 9,3 faiz çoxdur. Ümumiyyətlə, cari ilin yanvar-oktyabr aylarında büdcəyə 1 milyard 302 milyon 630 min manat vəsait ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 152 milyon 440 min manat və ya 13,3 faiz çoxdur.

Bundan əlavə, 2017-ci ilin oktyabr ayında Dövlət Sosial Müdafiə Fonduna SOCAR tərəfindən 13 milyon 70 min manat vəsait köçürülmüşdür. Bu, ötən ilin oktyabr ayına nisbətən 863 min manat və ya 7,1 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında isə SOCAR tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 125 milyon 496 min manat təşkil etmişdir ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 6 milyon 126 min manat və ya 5,1 faiz çoxdur.

Son xəbərlər
Digər xəbərlər