14 C
Baku
Thursday, March 28, 2024

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri ili 431 mln. lirəlik mənfəətlə bitirib

SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan “Petkim Petrokimya Holding A.Ş.” (“Petkim”) 2017-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.

Şirkətin hesabatına istinadən, “Petkim” ötən il 1 mlrd. 430,911 mln. türk lirəlik xalis mənfəətlə başa vurub. 2016-cı il ilə müqayisədə ötən il şirkətin xalis mənfəəti 2,04 dəfə artıb.

Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan “Petkim”də nəzarət-səhm paketinə malik olmaq üçün “SOCAR Türkiyə Enerji A.Ş.” vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə “SOCAR Türkiyə Enerji A.Ş.” “Petkim” obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod “Petkim”in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər