13 C
Baku
Friday, March 29, 2024

SOCAR İtaliyadakı neft emalı kompleksinin alışına maraq göstərdiyini təsdiqlədi

SOCAR “Lukoil” şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərdiyini təsdiqləyib.

SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun sözlərinə görə, təmsil etdiyi şirkət istənilən bu cür layihəyə maraq göstərir: “Biz bunu müzakirə etmişik. Bizim bütün neft emalı zavodlarına marağımız var. Söhbət konkret olaraq bu zavoddan gedirsə, biz bu layihəyə marağımızı o qədər də ifadə etməmişik. Biz bu layihəni ətraflı şəkildə təhlil edirik”.

Bundan öncə “Lukoil” şirkətinin rəhbəri Vahid Ələkbərov bildirib ki, Azərbaycan, İran və Əlcəzairin milli neft şirkətləri “Lukoil” şirkətinin İtaliyadakı aktivi olan ISAB neft emalı kompleksinin alışına maraq göstərir.

Onun sözlərinə görə, “Lukoil” şirkətinə çox sayda təklif daxil olub: “Biz bu variantları nəzərdən keçiririk. Zavod olduqca yaxşı vəziyyətdədir. İndiyədək biz bu zavoda kifayət qədər investisiya yatırmışıq. Bütün qurğular işlək vəziyyətdədir. Üstəlik, modernləşdirmə işlərindən sonra bir neçə yeni obyektin işə salınması da nəzərdə tutulub. Buna görə, heç bir şey bizi tələsik qərar qəbul etməyə vadar etmir. Biz maraqlı tərəflərlə danışıqları davam etdiririk”.

Sentyabr ayının sonunda V. Ələkbərov qeyd edib ki, ISAB ilə ABŞ-ın iri şirkətləri, beynəlxalq investisiya fondları maraqlanır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər