SOCAR Qrup yerli və xarici banklarda girov kimi 202 mln. manat yerləşdirib

31 dekabr 2017-ci il tarixində SOCAR Qrupun məhdudlaşdırılmış pul vəsaitləri əsas etibarı ilə üç girov hesabından təşkil olunub.

 

“APA-Economics” SOCAR-ın audit olunmuş maliyyə hesabatlarına əsasən xəbər verir ki, SOCAR Qrup “Azərkimya” zavodunun modernləşdirilməsi prosesi ilə bağlı olan xarici alışlar üçün Azərbaycan Beynəlxalq Bankında girov kimi 129 mln. manat məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib.

 

Bundan əlavə, Qrup  “SOCAR Türkiyə Enerji A.Ş”nin (STEAŞ) 13 faiz səhmləri ilə əlaqədar Satış Opsionu Razılaşmasına uyğun olaraq “Goldman Sachs International”a (“GSI”) ödəniləcək minimal ödəniş üçün zəmanət olaraq “Deutsche Bank”da 63 mln. manat (37 milyon ABŞ dolları) məbləğində məhdudlaşdırılmış pul vəsaiti yerləşdirib. SOCAR Qrupun həmçinin 10 mln. manat məbləğində akkreditiv üçün girov kimi saxlanılan hesabı mövcuddur.