22 C
Baku
Friday, April 19, 2024

SOCAR Ukrayna Müdafiə Nazirliyi üçün təyyarə yanacağı tədarük edəcək

SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukraine” bu ölkənin Müdafiə Nazirliyi ilə 2,9 min ton və 6,1 min ton həcmdə reaktiv mühərriklər və ya təyyarə yanacağının tədarük edilməsi ilə bağlı iki müqavilə imzalayıb.
Ukrayna mətbuatına istinadən, müqaviləyə əsasən, yanacağın bir tonunun qiyməti 16 637,9 qrivna (630,57 ABŞ dolları) və müvafiq olaraq 17 500 qrivna (663,25 dollar) təşkil edir.
Məlumdur ki, Müdafiə Nazirliyi bu yanacağı bu ilin mayın 31-nə kimi almalıdır. SOCAR-ın 6,1 min ton yanacağın alınması ilə bağlı birinci lotunda rəqibi “Voyskservis” MMC olacaq. 2,9 min ton yanacağın alınması ilə bağlı ikinci lotda isə Azərbaycan şirkətinin rəqibi “EFG Treqdinq” MMC olacaqlar.
Bununla belə “EFG Treqdinq”  şirkəti həmçinin 4 lotdan ikisinin qalibi olub. Şirkət bir tonuna 16 666 qrivna (631,64 dollar) +təşkil edən 6,1 min ton və 16 527 (626,37 dollar) qrivna olan 3 min təyyarə yanacağının alınması ilə bağlı razılığa gəlib. Artıq ölkənin Müdafiə Nazirliyi “EFG Treqdinq” ilə ümumi məbləği 181,5 mln. qrivna təşkil edən müqavilə imzalayıb.
MənbəAPA
Son xəbərlər
Digər xəbərlər