25 C
Baku
Saturday, April 20, 2024

SOCAR Ukraynada ödənişləri “QR” kodla qəbul edəcək

QR kodları ilə ödənişlər ilk dəfə Ukraynanın yanacaq doldurma məntəqələrində həyata keçiriləcək

Visa və “SOCAR Ukrayna” şirkətləri QR kodlara əsaslanan ödəniş sisteminə keçid haqqında məlumat verib. İndi istehlakçılar yanacaq doldurma şəbəkəsinin 61 məntəqəsindən istənilən birində yanacaq və alış-verişlər üçün ödənişləri SOCAR LEVEL1 mobil proqramı vasitəsilə edə biləcəklər.

Bunun üçün Visa kartını proqrama bağlamaq, sonra isə kassa və ya yanacaq sütununda QR kodunun rəqəmli surətini çıxartmaq lazımdır. Ödəniş kartdan avtomatik olaraq silinəcək.

İndi SOCAR-ın yanacaq doldurma məntəqələrində smartfonunuzdakı SOCAR LEVEL proqramının köməyilə maşından çıxmadan avtomobilinizə yanacaq doldura bilərsiniz, pul kisəsini çıxartmadan isə BUTA marketi və ya kafesində alış-veriş edə bilərsiniz. Biz çox şadıq ki, bu cür mütərəqqi layihələrə innovativ həll yolları təklif edən və müsbət yanaşan Visa kimi partnyor ilə əməkdaşlıq edərək, növbəsiz və plastik kart topasına son qoyan gələcəyi yaxınlaşdırırıq.

Anna Romanova
SOCAR Energy Ukraine şirkətinin Marketinq departamentinin direktoru

Layihənin ekvayrinq partnyoru olaraq Raiffeisen Bank Aval çıxış etmişdir, texnoloji dəstək isə WayForPay və the MakeApp şirkətləri tərəfindən həyata keçirilmişdir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər