15 C
Baku
Friday, March 29, 2024

SOCAR Vyetnamla neft ixracı müqaviləsi bağlayıb

Azərbaycanın “SOCAR Trading” və Vyetnamın “Binh Son Refining and Petrochemical Co.” (BSR) şirkətləri arasında müqavilə imzalanıb.

“Reuters”ə istinadən xəbərə görə, müqaviləninin qüvvədə olacağı 2018-2021-ci illər ərzində hər ay “SOCAR Trading” Vietnam şirkətini ayda 3 mln. barel “Azeri Light” və 2 mln. barel isə digər markalı xam neftlə təmin edəcək. Bu xammal şirkətin “Dung Quat” neft emalı zavodu üçün nəzərdə tutulub.

BSR-in rəhbəri Nqyuen Hoai Gianq jurnalistlərə açıqlamasında bildirib ki, bu müqavilə şirkət üçün olduqca əhəmiyyətlidir.

Qeyd edək ki, 2017-ci ilin ilk 11 ayında Vyetnamda neft hasilatı illik müqayisədə 10,6% azalaraq 12,48 mln. tona, yaxud gündəlik 273,8 min barelə düşüb. Halbuki ölkə illik hədəf istehsalı kimi 14,2 mln. ton müəyyən edib.

“Thompson Reuters Eikon” sistemi göstərir ki, bu ilin yanvar-noyabr aylarında SOCAR artıq Vyetnama 4 mln. barel xam neft ixrac edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər