17 C
Baku
Friday, April 19, 2024

Sokratın mükəmməl cavabı

Bir nəfər Sokrata yaxınlaşaraq deyir:

—Bilirsən, dostun sənin haqqında mənə nə dedi?

—Dayan – deyə Sokrat onun sözünü kəsdi, – demək istədiyin hər sözü üç süzgəcdən keçir, sonra danış.

— Üç süzgəc?

—Bir şeyi danışmamışdan öncə, deyəcəklərini üz süzgəcdən keçirməlisən. İlk olaraq, doğruluq süzgəci. Sən əminsən ki, deyəcəklərin tam doğrudur?

— Xeyr, mən sadəcə bunu eşitmişəm.

—Deməli, sən bilmirsən bu həqiqətdir, yoxsa yox. İkinci süzgəcə keçək – bu xeyirxahlıq süzgəcidi. Sən mənim dostum haqqında nə isə yaxşı bir şey demək istəyirsən?

— Xeyr, əksinə.

— Deməli, – deyə Sokrat davam etdi, – sən deyəcəklərinin həqiqət olub-olmadığını bilmədiyin halda onun haqqında pis şeylər deməyə hazırlaşırsan. Son olaraq isə deyəcəyin xəbəri mənim eşitməyim vacibdirmi?

— Xeyr, bu elə də vacib deyil.

— Son olaraq Sokrat qeyd etdi: – Sənin mənə deyəcəyin xəbərdə nə həqiqət, nə xeyirxahlıq, nə də vaciblik yoxdur. Bəs onda bunu deməyə nə gərək var?

Son xəbərlər
Digər xəbərlər