23 C
Baku
Friday, April 19, 2024

Son 10 ildə Avropa İttifaqı Azərbaycana nə qədər maliyyə yardımı cəlb edib?

Son 10 ildə Azərbaycana investisiya qoyuluşunun 42%-i, qeyri-neft sektoruna investisiyaların isə 35%-i məhz Avropa İttifaqı (Aİ) ölkələri tərəfindən həyata keçirilib.

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev İqtisadiyyat Nazirliyi və Aİ tərəfindən maliyyələşdirilən “Azərbaycanda institutsional quruculuq əməliyyatlarına dəstək Layihəsi”nin (SİBA) birgə təşkkilatçılığı ilə “Azərbaycanda instittusional quruculuq” mövzusunda konfransda çıxışında deyib.

S.Babayev bildirib ki, Aİ ölkələri ilə Azərbaycan arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycanın əsas neft layihəsi – BTC məhz Azərbaycan neftini Avropa bazarına çatdırılması məqsədi daşıyır. Eyni zamanda, təbii qazın satışı sahəsində əməkdaşlığımız genişdir. Bu baxımdan XXI əsrin layihəsi – Cənub Qaz Dəhlizini qeyd etmək yerinə düşər. Bu günədək Aİ-nin Azərbaycana texniki yardımı və qrantları 582 mln. avronu ötüb. Xüsusilə də tvinninq layihələrini qeyd etmək olar”.

Nazir müavini bildirib ki, Azərbaycanda bu günədək 43 tvinninq layihəsi icra olunub və bunun 25-i uğurla tamamlanıb, 9 layihə icra mərhələsindədir: “9 layihə üzrə sənədlər hazırlanır. Azərbaycanda dövlət qurumlarının təşəbbüsü ilə ümumilikdə 150 TAİEX tədbiri həyata keçirilib. Bununla yanaşı, dövlət qurumlarının nümayəndələri 68 çoxtərəfli TAİEX tədbirində iştirak ediblər. Azərbaycanda 15 SİQMA layihəsi həyata keçirilib, 2 SOİCİEUX layihəsi icra mərhələsindədir”.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Malena Mard tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi üçün mövcud olan qarşılıqlı marağın əhəmiyyətini və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu qeyd edib: “Gələcəkdə əməkdaşlığı daha geniş və dərin etməyə çalışmalıyıq. Ticarət və iqtisadi sahədə geniş əməkdaşlığımız var. Azərbaycanda çox önəmli islahat prosesi gedir. Bu da iqtisadiyyatın diversifikası baxımından önəmlidir.

“Konfransın məqsədi institutsional quruculuq fəaliyyətindən dərsləri müzakirə etmək və gələcək fəaliyyəti qurmaqdan ibarətdir. Dövlət qurumlarından tvinniq alətlərinə maraq var. Azərbaycanda 43 tvinniq layihəsi mövcuddur. Bununla Azərbaycan Şərqi Tərəfdaşlıq məkanında liderdir. Layihələrdən 25-i tamamlanıb. İstehlakçııların mühafizəsi, qanunun aliliyi , parlamentə dəstək layihələrində müsbət nəticələr var. Aİ üzv dövlətlərinin təcrübəsini Azərbaycanma təqdim edir və bölüşür. Texniki yardım informasiya mübadiləsi önəmlidir”,- deyə səfir əlavə edib.

Qeyd edək ki, konfrasın keçirilməsində məqsəd potensial benefisiar qurumlar və digər maraqlı tərəfləri Aİ-nin Tvinninq, TAİEX, SİQMA və SOCİEUX kimi institutsional quruculuq alərləri və Azərbnaycanda bu alətlərdən istifadə etməklə əldə edilən nailiyyətlər barədə məlumatlandırmaq, eləcə də institusional quruculuq fəaliyyətində iştirakın faydaları və yaratdlığı imkanblar barədə maarifləndirməkdir.

REPORT

Son xəbərlər
Digər xəbərlər