16 C
Baku
Friday, April 26, 2024

Son 5 il ərzində əhalinin banklara borcu

Son illər ərzində banka kredit borcu olan əhalinin  sayı  sürətlə artıb. 5 il ərzində isə bu artım dinamikası daha çox qeydə alınıb.  İndiki dövrdə ölkəmiz üzrə kredit qoyuluşu 17 308 948,8 min manat təşkil edir.

Araşdırmalar göstərir ki,  ilin əvvəlində respublika üzrə kredit qoyuluşları 15 536 milyon manat təşkil edirdisə, hazırda bu rəqəm 12% artaraq 17 308 mln manata çatıb. Orta faiz dərəcəsi isə həm ilin əvvəlində, həm də indi 14.3% təşkil edirdi.

Son 1 il ərzində də kredit qoyuluşları üzrə nisbətən artımlar olub. Belə ki, bir il ərzində kredit qoyuluşları 2 853 milyon manat artıb. 1 il ərzində daha böyük artımların olmamasına baxmayaraq, son 5 il ərzində ölkənin kredit qoyuluşları 2 dəfə artıb. Belə ki, 2009-cu il ərzində  8 407 milyon manat təşkil edən kredit qoyuluşu 5 il ərzində 8 901 milyon manat artıb.

Capture444

Cədvəldən də görüldüyü kimi, 2009- cü ildən bu ilə qədər ölkənin kredit qoyuluşda sürətli artım qeydə alınıb. 2010-2011-ci illər ərzində daha kiçik artımların olmasına baxmayaraq, digər illərin artımı daha çoxdur. Hətta 2009 –cu il ilə müqayisədə kreditlər üzrə orta faiz dərəcəsində də xüsusi artım olub. Göründüyü kimi, bu illər ərzində kreditlər üzrə orta faiz dərəcəsi 12% artıb.

Əhalinin banka olan kredit borclarının çoxalması ilə bağlı ekspertlər də qeyd edirlər ki, əsas səbəb kreditə olan təlabatın artmasıdır. Ekspertlər düşünür ki, banklar kreditlərin verilməsi ilə bağlı qaydaları müəyyən qədər məhdudlaşdırılmasının da heç bir effekti olmayıb.

Düzdür, bir nüansı da qeyd etmək lazımdır ki, kredit borcunu təkcə maddi vəziyyəti aşağı olan şəxslər əldə etmirlər. Kredit üçün müraciət edən digər sahibkarlar da vardır ki, əldə etdikləri imkansızlıqdan deyil, sadəcə olaraq öz şəxsi bizneslərini inkişaf etdirməkdir. Bir həqiqət də var ki, bu gün Azərbaycanın kommersiya bankları da daha çox istehlak kreditlərinin verilməsində maraqlıdırlar. Hətta bankların strukturunda da bu daha aydın nəzərə çarpır. Bu da o deməkdir  ki, kredit əldə edənlərin böyük bir kütləsi sadəcə maddi vəziyyətlərinin aşağı olmasından banklara müraciət edirlər.

Son açıqlamalara əsasən bir daha da vurğulamaq olar ki,  istehlak kreditləri üzrə verilən kreditlər daha çoxdur. Belə ki, təkcə istehlak kreditləri üzrə verilən kreditlər ümumi kreditlərin 41% -ni təşkil edir. Qalan faiz dərəcəsi isə digər sahələrin payına düşür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər