14 C
Baku
Saturday, April 27, 2024

“Sony Pictures” 70 əməkdaşını “çatbot”la əvəz etdi

“Sony Pictures” şirkəti 70 nəfər işçisini “Msg.ai” xidmətindən olan bir “çatbot”la əvəz edib. 
Məlumatına görə, bunu layihənin rəhbəri Punit Mexta deyib. O bildirib ki, “çatbot” müştərilərlə ünsiyyət zamanı istifadə olunur və bunun sayəsində operatorların sayı azalıb. “Çatbot”ların dəqiq hansı funksiyaları yerinə yetirdiyi barədə ətraflı məlumat verilmir.

“Çatbot”lardan digər şirkətlər də istifadə edir. Belə ki, “Disney” şirkəti insanlara sevimli cizgi filmləri qəhrəmanları ilə danışmaq imkanı yaradır.

Xatırladaq ki, bundan öncə “Microsoft” korporasiyası “Twitter” sosial şəbəkəsində süni intellektli Tay xidmətini istifadəyə verib. Lakin bir sutka sonra “çatbot” irqçiliklə bağlı fikirlər söyləməyə və söyüş söyməyə başlayıb.

lent.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər