23 C
Baku
Friday, April 19, 2024

Sony selfi üçün xüsusi smartfon yaratdı

Yaponiyanın Sony şirkəti yeni Xperia C3 adlı smartfon yaratdı və istehsalçının sözlərinə görə bu yeni smartfon selfi həvəskarları üçün əvəzedilməz məhsul olacaq. 

Şirkətin rəsmi mətbuat xidmətinə əsasən, Sony Xperia C3 selfi həvəskarları və sosial şəbəkələrdə ünsiyyət üçün ən ideal smartfondur. Smartfon LED-flash ilə tamamlanmış 5 megapixelli ön kameraya sahibdir. Telefonun arxa hissəsində isə 8 megapixelli kamera yerləşmişdir.

Bununla yanaşı, smartfon digər Sony məhsullarından fərqlənən əlavə xüsusiyyətlərə də sahibdir və çəkisi cəmi 150 qramdır.

Son xəbərlər
Digər xəbərlər