13 C
Baku
Saturday, April 27, 2024

SONY təcrübəsi: Bazarı sıfırdan necə yaratmaq olar?

SONY şirkətinin uğur təminatçısı texnologiya deyil, marketinq idi. Şirkətin yaradıcısı olan Akio Morita əsl marketoloq idi. O bazarları “sıfırdan” yaratmağı bacarırdı. Morita yazırdı: İstehlakçılar hansı imkanların mövcud olduğundan xəbərsizdirlər, axı biz ki, onları bilirik. Buna görə də, bazarda sonsuz sayda araşdırmalar aparmaq əvəzinə, öz yaradıcılıq qabiliyyətimizi bu və ya digər məhsulun istehsalına, onun tətbiqinə və onu reklam edərək ona uyğun bazar yaratmağa çalışırdıq”.

Akio Morita çox şaxəli insan idi: fizik, mühəndis, ixtiraçı, biznesmen, idmançı, yazıçı. Lakin onun özünəməxsus xüsusiyyəti novatorluğu idi. O dünya üzrə milyonlarla insanın məişətini və vərdişlərini dəyişdi, həmçinin müharibəsonrası yapon biznesində sahibkarlıq mədəniyyətini formalaşdırdı. Məsələn, ənənəvi yapon biznesmenlər kənar insanları işə götürmür, yalnızca qohum və tanışları ilə işləməyə üstünlük verirdilər. Akio Morita isə bu stereotipi qırdı: vakansiyaların açıq müsabiqələri Sony şirkətində ənənəyə çecrilir.

Moritanın fikrincə, rəhbərin əsas tapşırığı tabeliyində olan insanlarla etibarlılığa əsaslanan münasibət qurmaqdan ibarətdir.

Şirkətin missiyası: şirkət yaradarkən nələri bilmək mütləqdir:

Morita deyirdi: “Heç bir nəzəriyyə, proqram və yaxud dövlət siyasəti müəssisəni uğurlu edə bilməz. Bunu ancaq insanlar edə bilər. Öz şirkətinə öz şəxsi ailən kimi davrandığın halda yaranan müasibət rəhbərlik və əməkdaşları arasında effektiv qarşılıqlı münasibəti təmin edə bilər. Ölkədə ən uğurlu şirkətləri yaratmağa nail olanlar bütün işçilər və  səhmdarlar arasında vahid “taleyə” inamı yaratmağı bacaran şirkətlərdir. Məhz bu cür yanaşma tərzi XX əsrdə yapon şirkətlərinin uğurunu təmin edirdi.

Bütün əqli işi rəhbərliyə həvalə etməklə şirkət heç nəyə nail olmayacaq. Hər kəs ümumi tapşırığıa öz payını yatırmalıdır və aşağı halqa işçilərinin yatırdıqları bu zəhmət payı heç də fiziki əməklə məhdudlaşmamalıdır. Onun sözlərinə görə, “Biz bütün əməkdaşların öz ideyalarını irəli sürməsini istəyirik. Hər bir əməkdaşın vəzifəsi şirkətin inkişafına kömək edəcək yeni ideyalar yaratmaqdır. Moritanın sözlərinə görə, bu qaydada istisnalara yer yoxdur.

Əgər biz öz müdirimizin etdiyi eyni şeyi təkrar etsəydik, dünyada inkişaf və təkamül üçün heç bir imkan mövcud olmazdı. Hər zaman öz işçilərimə deyirəm ki, müdirlərinin onlara dediklərinə çox da böyük əhəmiyyət verməsinlər. Təlimatları gözləməyərək işləyin. Sony şirkəti elektron əşyalar bazarında öz rəqiblərini geridə qoya biləcək çoxlu sayda unikal mühəndislik qərarları sərgiləmişlər.

“Biz əvvəllər bazarda ümumiyyətlə olmayan və heç vaxt satılmayan məhsullar buraxırdıq”. Sony şirkəti hər zaman əvvəllər bazarda olmayan yeni məhsulların istehsalına vəsait yatıraraq risk edirdi. Bu zaman digər şirkətlər isə Sony şirkətinin yeni məhsulunun bazarda müştərilər tərəfindən böyük tələbatla qarşılanıb-qarşılanmayacağını müşahidə etməyi göləyirdilər.

“Biz müştərilərimizi yeni istehsal edilən texnika ilə necə davranmalı olduqlarını izah etməli idik. Bu məqsədlə öz mağazalarımızı açmaq və bazara məhsulların çıxarılmasında öz yolumuza sahib olmalı idik. Çünki başa düşürdük ki, məhsul təminatçıları artıq üçüncü və dördüncü tərəf olduqlarından onların məhsullarımıza və ideyalarımıza qarşı sevgi və entuziazm hisləri güclü deyil. Bunun üçün biz öz mağazalarımızı açdıq və bazara öz çıxışımızı təmin etdik”.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər