22 C
Baku
Saturday, April 20, 2024

Sosial şəbəkə vasitəsilə necə iş tapmaq olar?

Sosial şəbəkələr yavaş-yavaş insanların gündəlik həyatında daha dərin köklər atmağa başlayıb və həyatın müxtəlif sahələri üzrə müxtəlif şəkildə istifadə olunur. Müasir dövrümüzdə işə götürənlər namizəd seçimində məhz sosial şəbəkənin köməyindən istifadə edir və potensial əməkdaşlarının sosial şəbəkə hesablarını izləyərək nəticə çıxarmağa çalışırlar. Bəs sosial şəbəkələrdəki fəallığınız iş tapmağınıza hansı təsirləri göstərə bilər? Birlikdə araşdırmağa çalışaq.

İş barədə müzakirələr edin:

Belə düşünməyin ki, işlə bağlı müzakirələrdə yazdığınız şərhləri tək dostlarınız oxuyur. İR mütəxəssislərinin təqribən 46%-ı yazılan şərhlər və ideyalar əsasında namizəd barədə ümumi fikir formalaşdırır. Media, reklam, satış kimi bəzi peşələr üçün “dost siyahınız”-ın yaxşı vəziyyətdə olması vacibdir.

Qruplara qoşulun:

İş tapmaq üçün sosial şəbəkələrdə mütəmadi olaraq iş elanlarının yerləşdirildiyi qrupları müəyyən edərək onlarda iştirak etməyiniz məsləhətdir. Müəyyən vakansiyalar üzrə fikir bildirməyi də unutmayın. Bir çox rəhbər şəxslər də sizin kimi işçi axtarışında qruplara nəzər salırlar. Ola bilsin ki, axtardığı şəxs məhz siz oldunuz.

Rəhbərləri təhqir etməyin:

Əvvəlki iş yerinizdə necə yorulduğunuz, sizə qarşı hansı ədalətsizliklərə yol verildiyin, ümumiyyətlə əvvəlki iş yerinizi pisləyəcək və rəhbərinizi təhqir edəcək paylaşımlardan uzaq olun. Bu paylaşımları görə İR mütəxəssisləri çox güman ki, sizi müsahibəyə dəvət etmək fikrindən yan keçəcəklər.

Şəkillərinizi diqqətlə seçin:

Sosial şəbəkə profilinizdə olan hər bir şey sizin haqqınızda çox şey deməyə qadirdir. Bu səbəbdən də nüfuzunuza xələl gətirəcək şəkil və paylaşımlardan imtina edin. Bir çox hallarda həddindən artıq “səmimi” şəkillər işə götürən şəxsləri qıcıqlandırmağa xidmət edir.

Lakin bu  heç də bütün peşə sahiblərinə aid deyil. Əgər ixtisasınız incəsənət, yarıdıcılıq sahəsi ilə bağlıdırsa əksinə belə şəkillər tam yerinə düşəcək. Yox əgər dövlət orqanlarında və yaxud rəsmi dairələrə namizədsiniz sə, sosial şəbəkə profilinizdə də ciddiliyinizi qorumaqda fayda var.

Optimist xarakterli statuslar yazın:

Həmçinin paylaşımlarınızda söyüş və təhqirlərdən istifadə etməməyiniz və ən bəyənilən halda optimistlik bəxş edən statuslara önəm verməyiniz məsləhətdir.

Sonda bir faktı unutmayın ki, sosial şəbəkələr yalnızca əyləncə və zaman keçirmək üçün nəzərdə tutulmayıb. Ondan özünüz üçün heç gözləmədiyiniz faydalar əldə edə bilərsiniz.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər