15 C
Baku
Friday, March 29, 2024

Sosial sığortalar ilə bağlı qanuna görə Milli Məclisə müraciət edilə bilər

Azərbaycan Sığortaçılar Assosiasiyasında (ASA) həyatın yaşam sığortası üzrə İşçi Qrupunun növbəti görüşü keçirildi. Görüş ASA-nın sədri Mustafa Abbasbəyli və həyat sığorta şirkətlərinin nümayəndələrinin iştirakı ilə keçirilib.

Görüşdə “Sosial sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa nəzərdə tutulmuş dəyişikliklə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna sığortaçılar tərəfindən müraciətin ünvanlanması məsələsi müzakirə edililib. Müraciətdə qeyd olunması zəruri hesab olunan hallar vurğulandı, mövcud durumun sığortaçıları qane etməsi ilə yanaşı, bunun sığorta sektoruna verdiyi töhfələrdən bəhs edilməsinin məqsədəmüvafiq olduğu bildirildi. Bununla yanaşı, məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası və tələb olunduğu halda, Milli Məclisə müraciət edilməsinə dair fikirlər səsləndirilib.

Qeyd edək ki, “Sosial sığortalar haqqında” Qanuna əsasən 3 ildən az olmayan müddətdə həyatın yığım sığortasına qoşulmuş vətəndaşlar məcburi dövlət sosial sığortalardan azaddır. Dövlət Sosial Müdafiə Fondu həmin maddəyə düzəliş edilməsi üçün müvafiq addımlar atmaq niyyətindədir. Qeyd olunan məsələ ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyasının nəzdində İşçi Qrupu formalaşdırılmışdır.  

Son xəbərlər
Digər xəbərlər