8 C
Baku
Friday, March 29, 2024

Sosioloqlar xoşbəxtlik gətirən 3 peşəni təyin ediblər

Banker.az saytının məlumatına görə, Çikaqo universitetini təmsil edən tədqiqatçı qrupu insanların öz işlərindən məmnunluq dərəcəsinə həsr olunmuş sorğu həyata keçirib. Ümumilikdə sosial araşdırmada müxtəlif yaşa və peşəyə sahib 28 min nəfər iştirak edib. Araşdırmada qeyd olunur ki, öz işindən ən çox məmnun olanlar keşişlər, yanğınsöndürənlər və fizioterapevtlərdir.

Mütəxəssislər iki “şkala” ayırd edib: araşdırma iştirakçıları öz işlərindən nə dərəcədə razıdırlar və ümumilikdə özlərini nə dərəcədə xoşbəxt hiss edirlər. Nəticədə tərtib edilmiş iki reytinq bir-birinə uyğun olmayıb. Lakin sözü gedən bu reytinqlər bir çox cəhətlərə görə oxşar olub ki, mütəxəssislər də bunun nəticəsində belə nəticəyə gəlmişlər ki, sevimli iş vasitəsiz olaraq xoşbəxtlik səviyyəsinə təsir edir.

İşindən ən çox razı olanlar keşişlər olub – onlar arasında 87% məşğul olduğu fəaliyyətdən razı olduğunu bildirib. Yanğınsöndürənlər (80 faiz) və fizioterapevtlər də (78 faiz) peşə seçimindən peşmanlıq duymadığını vurğulayıb.  Həmçinin yaradıcılıqla bağlı peşələr (rəssamlar, heykəltəraşlar, yazıçılar), təhsil sahəsinin əməkdaşları, psixoloqlar, mühəndis-operatorlar, administrativ rəhbərlər və maliyyə sahəsində satıcılar da reytinq zirvə pillələrində yer alıb.

İşindən ən az məmnun olanlar isə dam örtüyünün vurulması ilə məşğul olan şəxslərdir. Onlar arasında yalnız hər dörd nəfərdən biri işinin ona məmnunluq qazandırdığını deyib. Bununla belə, ofisiantlar, barmenlər, qablaşdırıcılar, yük daşıyanlar, qəssablar, kassirlər, ekspeditorlar, müxtəlif işlər görənlər (inşaatçılar istisna olmaqla), geyim və yaxud mebel mağazasında satıcılar, həmçinin qida hazırlanması ilə məşğul olanlar (kafe və restoranlarda professional aşpazlar istisna olmaqla) nadir hallarda özləri xoşbəxt hiss etdiklərini vurğulayıblar.

Ümumilikdə, sorğuda iştirak edən şəxslərin yalnız 47%-i öz peşəsindən razıdır.

İkinci şkalaya gəldikdə isə, sorğunun nəticələrinə əsasən, yenə də özünü ən çox xoşbəxt hiss edən keşişlər olub. İkinci pilləni isə yanğınsöndürənlər və nəqliyyat biletlərinin bron edilməsi agentləri öz aralarında bölüşdürüb. Onların ardınca müxtəlif yaradıcılıq sahəsi üzrə peşələr, həmçinin elmi təşkilatların əməkdaşları, mühəndislər və təyyarə pilotları gəlir. Siyahının ən sonunda yenə də dam örtüklərinin vurulması ilə məşğul olanlar, həmçinin yanacaqdoldurma məntəqələrinin əməkdaşları qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər