21 C
Baku
Thursday, April 25, 2024

Şotlandiyalı ailənin bəxti gətirdi

Şotlandiyadan olan Sim ailəsi və onların kiçik oğlunun sözün əsl mənasında bəxtlərinin gətirdiyini desək yanılmarıq. Belə ki, onlar xoşbəxtlikdən Amsterdamdan Kuala Lumpura gedən və Ukrayna-Rusiya sərhəddində qəzaya uğrayan təyyarəyə minə bilməmişlər.

Barri və İzzi Sim hava limanına doğru gəldikdə yolda tıxaca düşürlər və KLM avia şirkətinin həyata keçirdiyi daha gec uçuş üçün bilet alırlar. Onlar yalnız hava limanında MH17 təyyarəsinin qəzaya uğradığını öyrənirlər.

Sim ailəsi jurnalistlərə verdikləri müsahibə zamanı bildirmişlər: “Görünür, yuxarlarda kimsə bizə baxmış və demişdir: “Siz bu reysdə olmamalısınız!”. Biz adətən Malayziyaya məhz bu şirkət ilə uçardıq”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər