25 C
Baku
Friday, April 19, 2024

Şou-biznesin ən varlı cütlüyü məlum oldu

Jay-Z və Beyons beynəlxalq musiqi industriyası tarixində ən varlı cütlük seçiliblər, onların məcmu gəlirləri 1 milyard dollar təşkil edib. Həyat yoldaşlarının bu məbləğdəki yatırım payları demək olar ki, bərabərdir. 

Reper Jay-Z, 2006-cı ildə MTV kanalı tərəfindən bütün dövrlərin ən yaxşı reperi adını almışdı, 24 illik musiqi karyerası ərzində öz albomlarını 50 milyon nüsxədə satmağa müvəffəq olub. Həmçinin onun gəlirlərini şəxsi Rocawear geyim xətti, Roc-A-Fella Records səsyazma studiyası, Roc Nation reklam-təbliğat kompaniyaları vardır. Həmçinin reper bütün dünyada məşhur olan populyar “Beat” qulaqcıqları istehsal edən kompaniyanın həmtəsisçisidir.

Onun xanımı Beyons öz albomlarının 75 milyon nüsxəsini satıb və çoxsaylı reklam kampaniyaları sayəsində heç də az pul qazanmayıb. O, Tommy Hilfiger, Armani, Pepsi, və L’Oreal kimi kompaniyalar ilə əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər