16 C
Baku
Thursday, April 25, 2024

Sparta sistemi…

Spartada oğlan uşağı dünyaya gəldikdə o Apofeta uçurumunun kənarına gətirilir və burada  diqqətlə və uzun müddət nəzərdən keçirilirdi. Əgər uşaq xəstə, eybəcər və s. idisə o uçurumdan aşağı atılırdı. Sağ olaraq saxlanılan uşaqlar isə körpə vaxtlarından müxtəlif sınaqlara çəkilirdi.

Spartalı oğlan uşaqları 7 yaşından hərbi məktəbə başlayırdılar. Onlara yalnızca 12 yaşından sonra paltar geyməyə icazə verilirdi. Bəzən bu hərbi məktəbin çətinliklərinə dözməyən uşaqlar həlak olurdular. Onlar öz qidalarını özləri tapmalı idilər. Onlar oğramalı, qarət etməli, yeri gəldikdə öldürməli idilər.

Bununla belə onların “əyləncələri” də yaddan çıxarılmamışdı. Belə ki, uşaqlar qonşu kəndlərə gedə və oranı istədikləri şəkildə qarət edə bilərdilər. 17 yaşları tamam olduqda spartalılar evə qayıtmalı idilər. Burada isə onları son sınaq gözləyirdi. Onlar son sınaq olaraq dağda çox yüksəklikdə yerləşən Artemida məbədinə qalxmalı idilər.

Buraya qalxan spartalı isə “qurban verməli” idi. Məbəd kahinləri gənci nəhəng qurban badəsinin üstündə bağlayır və ilk qan damcıları çıxana qədər yaş qamçılarla vurmağa başlayırdılar. Gənc ağırya dözməyib qışqırdığı müddətdə o susana qədər vurmağa davam ediridlər. Bu huşun itirilməsi və hətta ölümlə də nəticələnirdi. Bununla zəiflər “ələkdən keçirilirdi”. Onların 20 yaşı tamam olduqda artıq əsgər adı alırdılar və kazarmalarda yaşayaraq 60 il xidmət edirdilər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər