16 C
Baku
Thursday, April 25, 2024

Spruce Creek – hər bir sakinin təyyarəyə sahib olduğu şəhər

Floridanın ştatının şimalında yerləşən Spruce Creek adlı şəhərcik səmaya vurğun olanlar üçün əsl cənnətdir. Bu şəhərciyin ikinci adı “canlı aeropark”, yaxud “uçan cəmiyyətdir”. Məsələ ondadır ki, 5 min sakinə sahib şəhərdə 1300 ev və 700 təyyarə anqarı inşa edilib.

Əhalinin əsasını varlılar və məşhur şəxslər təşkil edən şəhərciyin devizi avtomobil əvəzinə təyyarədir. Bir neçə il əvvəl məşhur aktyor Con Travolta da burada yaşayıb. Onun sahib olduğu Boinq 707 həddindən artıq səs çıxarırdı və şəhərcik üçün çox böyük idi. Bu səbəbdən yerli əhali onu məhkəməyə vermişdi. Bu hadisədən isə illər öncə o Gulfstream II reaktiv təyyarəsi ilə şəhərciyə eniş etməsi səbəbindən qanunla problem yaşamışdı.

Bu şəhərcikdə boinqlə yanaşı Cessnas və Pipers, P-51 Mustang, bir neçə L-39 Albatros, Eclipse 500 və fransız Fouga Magister təyyarələrini görmək mümkündür. Lakin bu o demək deyil ki, şəhər əhalisi avtomobildən istifadə etmir. Spruce Greek-də lamborcini, corvette, motosikl və hətta Porsche GT2-ni də görmək mümkündür.

Bu şəhərciyin əhalisi sırasında professional pilotları, həkimləri, vəkilləri, torpaq sahiblərini və s.ni görmək olar. Əhalinin əksəriyyəti şənbə günləri təyyarələri ilə gəzintiyə çıxmaq kimi vərdişlərə sahibdirlər. Onlar adətən üç təyyarə qrup olaraq uçurlar.

Spruce Creek-in dünyada yeganə belə məkan olduğunu düşünmək doğru olmaz. “Hava şəhərləri” konsepsiyası İkinci dünya müharibəsindən sonra yaranıb. Bu zaman ABŞ-da həddindən artıq aerodrom və pilot var idi. 1939-cu ildə onların sayı 34 min idisə, 1946-cı ildə bu rəqəm 400 min idi. Bu belə olduqda hökumət bütün ölkə ərazisində 6000 aeropark yaratmaq qərarına gəlir.

Bu gün ABŞ-da 600 ədəd belə qəsəbə var. Bunlara daha çox Arizona, Kolorado, Florida, Texas və Vaşinqtonda rast gəlmək mümkündür. Yeri gəlmişkən, belə bir qəsəbə yaratmaq ideyasını Kanada, Cənubi Afrika və Kosta-Rikada da qəbul etmişlər.

spruce-creek_001 spruce-creek_002 spruce-creek_003 spruce-creek_004 spruce-creek_005 spruce-creek_006

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər