15 C
Baku
Saturday, April 20, 2024

Stajçı kassir/baş kassir Yevlax (Xalq Bank)

TƏLƏBLƏR:

• Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
• Hərbi xidməti bitirən və ya hərbi xidmətdən möhlət hüququ olan (oğlanlar üçün);
• Bank və ya bank olmayan kredit təşkilatında təcrübə arzuolunandır ;
• Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
• Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
• Riyazi hesablama aparmaq qabiliyyəti;
• Mükəmməl kommunikasiya və insanları inandırma qabiliyyəti;
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
• Yüksək qavrama və öyrənmə qabiliyyəti;
• İşə yaradıcı yanaşmaq, yeni ideyalara malik olmaq və yeni ideyaları stimullaşdıra bilmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
• Kompyuter bilikləri:

Əmək haqqı: (480 AZN-dən 1120 AZN-dək)

Vəzifə : ( kiçik kassir, kassir, aparıcı kassir, böyük kassir, baş kassir)

Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (320AZN) ödənilməklə stajçı kassir  götürülə bilər.

İş qrafiki: 09:00 – 18:00/Bazar ertəsi – Cümə

İŞÇININ VƏZIFƏSI:

• Azərbaycan Respublikasının Mərkəzi Bankının tələblərinə uyğun olaraq kassa əməliyyatlarının aparılması;
• Əməliyyat gününün sonunda bütün valyutalarda nağd vəsait qalığının hesablanması;
• Nağd vəsaitlərin çeşidlənməsi;
• Bankomatların yüklənilməsi və boşaldılması.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

Əlaqə vasitələri :

E – mail :  [email protected]
Telefon: (012) 404 43 39
Faks:  (012) 404 43 34

Son xəbərlər
Digər xəbərlər