“Standard Insurance” 8 ilin ən yüksək mənfəətini əldə etdi

“Standard Insurance” ASC Sığorta Şirkəti (SŞ) 2017 – ci ilin Yanvar – Sentyabr ayları (9 ayı) üzrə fəaliyyətinin maliyyə nəticələrini açıqlamışdır.

Banker.az bu barədə SŞ-nin yaydığı maliyyə göstəricilərinə istinadən xəbər verir.

Şirkətdən verilmiş məlumata görə, həmin dövr üzrə ”Standard Insurance” ASC Sığorta Şirkətinin gəlirləri 14 588 839,50 AZN, xərcləri isə 13 135 479,26 AZN təşkil etmişdir. Şirkət 9 ayı 1 453 360,2 AZN mənfəətlə başa vurmuşdur. Beləliklə, Şirkət 2009 – cı ildən sonrakı dövr ərzində əldə etdiyi ən yüksək mənfəət rəqəmidir.

Onuda qeyd etmək istəyirik ki, “ Standard İnsurance” Sığorta Şirkəti artıq 15 ildir fəaliyyətdədir.