13 C
Baku
Friday, April 19, 2024

“Standard Insurance” mənfəət əldə edib

ASC “Standard Insurance” Sığorta Şirkəti 2017 – ci ilin Yanvar – Avqust ayları üzrə fəaliyyətinin maliyyə nəticələrini açıqlamışdır. Şirkətdən verilmiş məlumata görə həmin dövr ərzində  ASC “Standard Insurance” Sığorta Şirkəti 803,000.00 AZN maliyyə mənfəəti əldə etmişdir. Xərclərin optimallaşdırılması və sığorta portfelinin keyfiyyətinin artırılması istiqamətində 2017 – ci il ərzində həyata keçirilmiş tədbirlər Şirkətin maliyyə nəticələrinə müsbət təsir etmişdir. ASC “Standard Insurance” Sığorta Şirkəti gəlirliyin artırırlmasına yönəlmiş strateji inkişaf konsepsiyasını reallaşdırmağa davam etdirəcəkdir.

 

Son xəbərlər
Digər xəbərlər