21 C
Baku
Thursday, April 25, 2024

“Standard İnsurance” törəmə sığorta şirkətini satdı

“Standard İnsurance” sığorta şirkəti Gürcüstan bazarındakı törəmə sığorta şirkəti “Standard İnsurance Georgia”nı satıb. Sövdələşmə ötən ilin dekabr ayında baş tutub. “Standard İnsurance” sığorta şirkətindən idarə heyətinin sədri Kamran Bağırov fins.az-a açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, “Standard İnsurance Georgia” gəlirli olmadığı üçün xarici şirkətə satılıb və əldə edilən vəsait kapitala yönəldiləcək.

“Standard İnsurance Georgia”nın yeni sahibinin adı açıqlanmasa da, onun Gürcüstan bazarında sığorta sahəsinə investisiya yatırmaq istəyən fransız şirkəti olduğu bildirilib.

“Standard İnsurance Georgia”nın idarə heyətinin sədri Nəriman Qurbanov isə fins.az-a açıqlamasında qeyd edib ki, təsisçilər sövdələşmənin həcmi barədə və adlarının açıqlanmasında maraqlı deyillər:” Ona görə də bu barədə hər hansı məlumat verə bilmərəm”.

Xatırladaq ki, Standard İnsurance Georgia 2007-ci ildə yaradılıb. Şirkətin səhm paketi  tam şəkildə  “Standard İnsurance”a məxsus olub.

MənbəFins.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər