23 C
Baku
Tuesday, April 23, 2024

“Standard Insurance”in keçmiş sədrinə vəzifə verildi

“Qala Həyat Sığorta” ASC-yə baş direktor təyin edilib. Şirkətdən verilən məlumata görə, bu vəzifəyə Aydın Rəhmanov gətirilib.

O, bundan əvvəl “Standard Insurance” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri olub, ötən ilin oktyabr ayında işdən çıxıb. Onu da qeyd edək ki, bir qədər əvvəl “Qala Həyat Sığorta”nın Direktorlar Şurasının sədri təyin edilmiş Kamal İbrahimov vaxtı ilə “Standard Insurance”da eyni vəzifəni tutub.

Aydın Rehmanov
Aydın Rəhmanov

Xatırladaq ki, “Qala Həyat Sığorta” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,01 mln. manatdır. Şirkətin səhmlərinin 88,57%-i “AzRe Təkrarsığorta” ASC-yə, 11,43%-i isə Nizami Məmməd oğlu Mahmudova məxsusdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər