“Standard Lizinq”in 4 illik “mənfəət həsrətinə” son qoyulub

“Standard Lizinq” MMC ötən ilin 4 rübünü mənfəətlə başa vura bilib.

Banker.az-ın şirkətin açıqladığı 2017-ci il üçün açıqladığı illik hesabatına istinadən xəbər verir ki, ötən il ərzində 1,53 mln. manat xalis maliyyə gəliri əldə edib. Bu da ötən ildən fərqli olaraq bu ili gəlirlərindəki mənfi rəqəmi müsbətə keçirə bilməsi deməkdir. Lizinq şirkətinin gəlirləri bütün xərclərini ödəməklə yanaşı, qurumu xalis mənfəətə çıxarb. Belə ki, “Standard Lizinq” ötən il ərzində 760 min xalis mənfəət əldə edib. Hesabat dövründən öncəki il isə 1,3 mln. manatdan çox zərər etmişdi. Ümümiyyətlə, şirkət sonuncu dəfə 2014-cü ili mənfəətlə bitirmişdi.

Lizinq şirkətinin aktivləri cüzi azalaraq 26,01 mln. manata kimi azalıb. Lakin, aktivlərindəki investisya mülkiyyətinin həcmi isə əksinə, artaraq 15,16 mln. manat olub.

Hazırda “Standard Lizinq”in öhdəlikləri 16,4 mln. manat təşkil edir ki. bunun da 13,37 mln. manatı müddətli borclardır.

Hazırda cəmi kapitalı artaraq 9,6 mln. manat təşkil edib ki, bunun da 4 mln. manatı nizamnamə kapitalı, 1,3 mln. manatı bölüşdürülməmiş mənfəət və 4,3 mln. manatı digər ehtiyyatlardır.

Xatırladaq ki, “Standard Lizinq” MMC “AB STANDARD” şirkətlər qrupunun üzvüdür. Şirkət 2009-cu ildə dövlət qeydiyyatından keçib. “Standard Lizinq” MMC-nin təsisçiləri – “Standard Kapital” MMC (99,998%) və “AB Standard” MMC (0,002%). Nizamnamə kapitalı 4 mln. AZN təşkil edir.