15 C
Baku
Friday, March 29, 2024

STAR-da pay aldığı təqdirdə “Petkim”in likvidliyi zəifləyəcək, Moody’s deyir

“Petkim” STAR Neft Emalı Zavodunda 18%-lik payın satın alınması məqsədilə 500 mln. dollar dəyərində istiqraz buraxmaq niyyətindədir.

Bu barədə “Moody’s” beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda deyilir.

Bildirlir ki, 720 mln. dollarlıq satınalma şirkətin özəlləşdirmə üçün nağd ehtiyatlarından da istifadə edəcəyini göstərir. “2018-ci ilin 4-cü rübündə istismara başladıqdan sonra STAR NEZ “Petkim” üçün xammal təchizatını həyata keçirəcək. “Petkim”in cari likvidliyi onun öhdəliklərini qarşılamaq üçün kifayətdir. Buna baxmayaraq, şirkətin likvidlik mövqeyinin STAR-da payın satınalınması ilə zəifləyəcəyini proqnozlaşdırırıq. Qarşıdakı illərdə müxtəlif investisiya layihələrinin tamamlanacağı üçün kapital xərclərinin də azalacağı gözlənilir. 2018-ci ildə saxlanma üzrə kapital xərclərinin 60 mln. dollar olacağına baxmayaraq, investisiya üzrə xərclərin minimum olacağı, 2019-cu ildə isə saxlanma üzrə kapital xərclərinin 30 mln. dollardan az olacağı gözlənilir”, – deyə məlumatda qeyd olunub.

Agentliyin mütəxəssisləri bildirir ki, “Petkim”in “B1” korporativ reytinqi şirkətin Türkiyənin inkişaf edən petrokimya bazarında mövqeyinin güclü olduğunu, 2018-ci ildə STAR Neft Emalı Zavodu fəaliyyətə başladıqdan sonra həyata keçəcək sinerji və xərclərə qənaət edildiyini, o cümlədən səhmdar olan SOCAR üçün strateji əhəmiyyəti olduğunu əks etdirir.

Son xəbərlər
Digər xəbərlər