20 C
Baku
Wednesday, April 24, 2024

Steve Jobs-un xətaları və uğursuzluqları

Bu günə qədər Steve Jobs-un liderlik keyfiyyətləri, həyat təcrübələri haqqında çox sayda kitablar yazılmışdır və bütün dünya üzrə rəhbər və biznesmenlər bu dahi şəxsin bacarıq tarixçələrindən nümunə götürməyə davam edir.

Lakin Steve Jobs əfsanəvi sahibkar olmadan öncə həyatı boyunca bir neçə dəfə səhvə yol vermiş və uğursuzluğa düçar olmuşdur.

Jobs Lisa və Macintosh-un ilk versiyası ilə demək olar ki, ilk uğursuzluğunu yaşadı. İnanılmaz dərəcədə uğurlu başlanğıca və yüksək ruha sahib komanda işinə baxmayaraq layihə uğur qazanmadı.

Macintosh-un işə salınma mərhələsində fikir ayrılığı yaşanan zaman Con Skalli-nin işə götürülməsi barədə verilən qərar da həmçinin xəta idi. Müəyyən müddət sonra mübahisələr şirkətə rəhbərlik etmək barədə söz-söhbətə qədər böyüdükdə Steve Apple şirkətini tək edir.

Steve tabeliyində olan əməkdaşlarına qarşı düzgün yanaşmadan istifadə etmirdi. Bu əməkdaşlara Skalli-dən tutmuş bütün menecerlər daxil idi. Jobs fikir mübadiləsində çox inadkar idi və deyilənlərə görə bəzən hətta dözülməz hal alırdı.

O fərdi kompüter sənayesinin inkişaf mərhələsində proqram təminatını cihazlardan daha üstün səviyyədə hesab etməklə də səhv etdi. Daha sonraki xətalar isə biznesin idarə edilməsi ilə bağlı idi və bu xətalar IBM və digər mühüm partnyorlar ilə əməkdaşlığa son qoymaq ilə nəticələnir.

Pixar şirkətinin alınması da səhv idi və Jobs zamanla bunu etiraf etmişdi. Studiya Disney ilə müqavilə imzalanan ana qədər ilbəil şirkətin pullarını havaya sovurur. Son nəticədə Pixar Disney-ə satılır, Steve Jobs isə kino şirkətləri içərisində ən böyük səhmdara çevrilir.

Steve Pixar şirkətində 3D dizayn üçün proqram və cihaz təminatı satışlarını qaydaya salmağa çalışır. Bu da səhv addım idi, çünki kütləvi bazar 3D-li alətlərə ehtiyac duymurdu. Hətta qiymətlərin 125 min dollardan 30 min dollara enməsi belə vəziyyəti dəyişməyə kömək etmədi.

Steve Jobs-un Puxar şirkətinə verdiyi digər bir töhvə isə Maykl Aysner-in Disney şirkətindən istefa verməsinə səbəb olması və Bob Ayger ilə münasibətləri qaydayasına salması olur. Nəticədə Bob Ayger Aysneri Dinseyə rəhbərlik vəzifəsində əvəzləyir və Pixar şirkətini əldə edir.

Steve Jobs Apple şirkətində çoxlu sayda vacib qərarlar vermiş və üzərinə böyük risklər götürmüşdür. Onun uğursuzluqla nəticələnən qərarları o zaman məntiqli xarakterə sahib idi. Düzdür, Jobs iPhone üçün kənar tətbiqetmələrin olmasına razı olmasa da, axı aydın məsələ idi ki, smartfon Nokia və Rim şirkətinin yaratdığı telefonlardan fərqli olaraq innovativ məhsul idi.

O Apple üçün faydalı qərarlar üzərində inadkarlıq göstərməyə davam edirdi.

Onun Apple şirkətinə rəhbərliyinin ikinci mərhələsi digər texnoloji sahə CEO-larının həsəd aparacağı bir dövr idi və onlar həmin o səviyyəyə çatmaq üçün 10 illərlə zəhmət çəkməlidirlər. Axı bütün bunlar Steve Jobs-a çoxlu sayda səhvlər və uğursuzluqlar hesabına başa gəlmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər