5 C
Baku
Friday, March 29, 2024

Stiv Cobsdan dünyanı dəyişəcək 11 sitat

Stiv Cobs Apple şirkətini yaratdı və əfsanə insana çevrildi. Onun sözləri ilhamlandırır və uğura inandırır. Entrepreneur jurnalının topladığı 11 ifadəni oxuduqdan sonra dünyanı dəyişmək istəyəcəksiniz.

Mənim işim insanların həyatını yüngülləşdirmək deyil. Mənim vəzifəm onları yaxşılaşdırmaqdır.

Siz nəyə isə inanmalısınız: xasiyyətinizə, qismətə, həyata, karmaya, istənilən bir şeyə inanmalısınız. Belə yanaşma məni heç vaxt məyus etməyib və həyatımda bütün baş verənlərə o səbəb olub.

İnsanlar düşünür ki, fikrini bir ideyaya cəmləşdirdikdə, həmin cəmləşdirilən ideyaya “hə” deməkdir. Elə deyil. Bu ağlınıza gələn yüzlərlə yaxşı ideyaya “yox” deməkdir. Siz ideyaları yaxşı düşünülmüş şəkildə seçməlisiniz. Mən etdiklərim qədər, etmədiklərimlə də qürur duyuram.

Bəzən nə isə icad edərkən, siz səhvlər edirsiniz. Əsas digər yenilikləri təkmilləşdirmək üçün, bu səhvləri mümkün qədər tez aşkar etməkdir.

Dahi işlər tək insan tərəfindən deyil, komanda tərəfindən edilir.

Bəzən həyat başınızdan bir kərpic ilə vurur. İnamınızı itirməyin.  

Dahi işlər görməyin yeganə yolu, elədiyiniz işi sevməkdir. Əgər hələ də elə bir iş tapmamısınızsa, axtarışlara davam edin. Təslim olmayın.

Ac qalın. Düşüncəsiz olun.

Ürəyinizn və intuisiyanızın səsini eşidəcək qədər cəsarətiniz olsun. Onlar necəsə həqiqətən kim olmaq istədiyinizi bilirlər. Digər bütün şeylər ikinci dərəcəlidir.

Vaxtınız məhduddur, ona görə də onu başqasının həyatını yaşamağa sərf etməyin.

Siz həyatınızın aparıcı nöqtələrini əvvəlcədən birləşdirə bilmirsiniz; lakin geriyə baxaraq hər şeyə birləşdirə bilərsiz. Sadəcə nə vaxtsa nöqtələrin birləşəcəyinə inanmaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər