8 C
Baku
Thursday, March 28, 2024

Stiv Jobs-un kompüteri 1 milyon dollara satıldı

Apple şirkətinin yaradıcısı Stiv Jobs və onun dostu Stiv Voznyak tərəfindən 1976-cı ildə yaradılmış 50 fərdi kompüterdən biri Nyu-Yorkda Bonhams hərracında satıldı. Verilən məlumatlara görə alıcı bu kompüteri 905 min dollara əldə edib. 1976-cı ildə bu kompüteri 666,66 dollara almaq mümkün idi. Beləliklə, müasir dövrümüzdə onun qiyməti 135,651% artmışdır.

Hazırda Apple-1 silsiləsindən olan kompüterlərdən cəmi bir neçə nümunə qalmışdır. Əvvəllər, 2012-ci ildə belə bir kompüter Sotheby`s hərracında satılmışdı. Alıcı bu cihazı almaq üçün 374,5 min dollar xərcləmişdi.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.